Böyük TamaraAzərbaycan tarixi. Yeddi cilddə. II cild. səh. 321 (PDF) () və ya TamarAzərbaycan tarixi. Yeddi cilddə 2-ci cild. səh. 254 (PDF) () — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib.Rapp (2003), p. 338. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral")gürc. ქართულ-აზერბაიჯანული ლექსიკონი. ნასიბ ნასიბოვი, ვენერა ჯანგიძე, სულეიმან სულეიმანოვი; რედაქტორი ნასიბ ნასიბოვი. თბილისი: ინეტელქტი, 2010, გვერდი 251 ISBN 978-9941-420-00-9 / azərb. Gürcücə – azərbaycanca lüğət. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşri. Redaktor: Nəsib Nəsibov; Tərtib edənlər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov. Tbilisi: İntelekti nəşriyyatı, 2010, səh. 251 ISBN 978-9941-420-00-9 titulu ilə qeyd edilib.

Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Eastmond (1998), p. 94.

Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Toumanoff (1966), "Armenia and Georgia", p. 623.Allen (1932), p. 104.

Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara () kimi müqəddəs elan edilib və hər 14 may qeyd edilən bayram günü ilə yad edilir.Machitadze, Archpriest Zakaria (2006), "Holy Queen Tamar (†1213)" , in The Lives of the Georgian Saints .pravoslavie.ru. Retrieved on 2008–07–21.(yunanca) Ἡ Ἁγία Ταμάρα ἡ βασίλισσα . 1 Μαΐου. ΜΕΓΑΣ ΣΥΝΑΞΑΡΙΣΤΗΣ.

Erkən həyatı və hakimiyyətə gəlməsi Tamara təqribən 1160-cı ildə doğulub. Valideynləri Gürcüstan hökmdarı III Georgi və onun cariyəsi olan Alanya hökmdarının qızı Burduxandır. Tamaranın özündən gənc bacısı Rusudanın olması mümkündür, ancaq onun dövrünə aid bütün mənbələr yalnız Tamaranın adını çəkir.Eastmond (1998), p. 108, fn. 49. Tamara adı yəhudi mənşəlidir və digər Bibliya adları kimi özlərini İsrailin ikinci padşahı Davudun nəslindən gəldiyini iddia edən Baqrationilər sülaləsi tərəfindən bəyənilirdi.Toumanoff (1940), p. 299, fn. 4.

Tamaranın gəncliyi Gürcüstanda böyük bir çevrilişlə eyni dövrə düşürdü. 1177-ci ildə III Georgi əsilzadələrin üsyançı dəstəsi ilə üz-üzə gəlir. Üsyançılar Georgini öldürülmüş V Davidin qanuni varisi hesab edilən qardaşı oğlu Dyomnanın xeyrinə taxtdan salmağa cəhd edirlər. Dyomnadan daha çox onun qaynatası Əmir-i Sipahsalar İvane Orbeli taxtı zəiflətmək üçün zadəganlarin bəhanəsinə rəhbərlik edirdi.Khazanov & Wink (2001), pp. 48–49. III Georgi üsyanı yatırtmağa müvəffəq oldu və ona meydan oxuya zadəgan qruplarına basqı göstərməyə başladı. İvane Orbeli edam edildi və onun ailəsinin qalan üzvləri Gürcüstandan sürgün edildi. Şahzadə Dyomna axtalandı və kor edildi, şikəst yaşaya bilmədi və tezliklə, həbsxanada öldü.Eastmond (1998), pp. 106–107. Üsyançılar basdırılanda və iddiaçı aradan götürüləndə Georgi qızı Tamaranı hakimiyyətə gətirməyə qərar verdi və 1178-ci ildə ona hakimiyyət şəriki kimi tac qoydu. Bunu edərək gürcü hökmdarı onun ölümündən sonra hər hansı bir mübahisənin qarşısını almağa və Gürcüstanda öz nəsil xəttini legitimləşdirməyə çalışırdı.Eastmond (1998), p. 108. Eyni vaxtda o, sülalə zadəganlarını güc mərkəzindən uzaqlaşdırmaq üçün kiçik mülklü zadəganlardan və heç bir sinifə aid olmayanlardan olan şəxsləri yetişdirməyə başladı.Khazanov & Wink (2001), p. 49.

Erkən hakimiyyəti və ilk evliliyi thumb|250px|left|Tamara və atası III Georgi. Vardziada Dormition kilsəsindəki portret. Təqribən 1184–1186 Altı il atası ilə birlikdə hakimiyyət sürən Tamara atasının ölümündən sonra — 1184-cü ildə tək hakim kimi ölkəni idarə etməyə başladı və Kutaisidəki (Qərbi Gürcüstan) Gelati monastrında ikinci dəfə taxta çıxdı. O, güclü bir dövləti miras olaraq almışdı, ancaq güclü zadəganlar tərəfindən təşvid edilən mərkəzdənqaçma meylləri yatırılmış vəziyyətindən uzaq idi. Tamaranın hakimiyyətə gəlməsinə qarşı böyük bir müxalifət var idi; onun atasının repressiv siyasəti və yeni hökmdarın başqa zəif cəhəti — cinsiyyəti bu müxalifəti daha da gücləndirdi. Gürcüstan daha əvvəl heç bir qadın hökmdara sahib olmadığından zadəganların bir hissəsi Tamaranın legitimliyini sorğuladı, başqaları isə daha çox hakimiyyət əldə etmək üçün onun gəncliyindən faydalanmağa və onun zəif olduğunu iddia etməyə çalışdı. Tamaranın bibisi Rusudanın və Gürcüstan katalikosu Mikayıl IV Mirianisdzenin fəaliyyətinin Tamaranın taxta çıxmasının legitimlik qazanmasında önəmli rolu var.Lordkipanidze (1987), p. 135. Ancaq gənc hökmdar zadəganlara böyük imtiyazlar verməyə məcbur edildi. O, katalikos Mikayılı kansler təyin edərək mükafatlandırdı və bu onun həm dini, həm də dünyəvi iyerarxiyaların başında olmasına kömək etdi.Suny (1994), p. 39.

Tamara həm də atasının vəzifəyə təyin etdiyi şəxsləri vəzifələrindən azad etməsi üçün təzyiqə məruz qaldı. Onların arasında III Georgiyə meydan oxumuş şəxslərin basdırılmasında kömək etmiş gürcüləşmiş qıpçaq qalabəyi Kubasar () da var idi. Bu taledən qaçmaq III Georginin xidmətkarlarından biri olan xəzinədar Kutlu Arslana nəsib oldu. O, üzvləri siyasət məsələlərini müzakirə edən və qərar çıxaran yeni məclis — karavini yaradaraq hakim sülalənin hökmünü məhdudlaşdırmaq üçün gedən mübarizədə bir qrup zadəgan və varlı vətəndaşa rəhbərlik etdi. "Feodal konstitusionalizmi"nə cəhd Tamara Kutlu Arslanı həbs edəndə və onun tərəfdarları boyun əyməyə məcbur ediləndə uğursuzluğa düçar oldu. Yenə də Tamaranın zadəgan sinfinin gücünü azaltma cəhdləri uğursuz oldu. Katalikos Mikayılı vəzifəsindən azad etmək üçün kilsə məclisinin və hökmdar qərarnamələrini təsdiqləmək hüququnu tələb edən zadəgan şurasının istifadə edilməsi alınmadı. Hətta Tamaranın Kiyev Rusu olan Yuri ilə evliliyi də ona zadəganlar tərəfindən məcbur edildi.

Xanədanın zərurətlərinə və dövrün əxlaq qaydalarına uyğun olaraq zadəganlar Tamaranın orduya lider olması üçün və taxta varisin təmin edilməsi üçün evlənməsini tələb etdilər. Onların seçimləri Böyük Vladimir Knyazlığının öldürülmüş şahzadəsi Andrey I Boqolyubskinin oğlu olan və Şimali Qafqazın qıpçaqları arasında qaçqın kimi yaşayan Yuri idi. Seçim Tamaranın bibisi Rusudan tərəfindən bəyənildi və 1185-ci ildə Yuri Tamara ilə evlənməsi üçün Gürcüstana gətirildi.Lordkipanidze (1987), p. 141. Yuri bacarıqlı əsgər, ancaq çətin bir insan kimi göstərilir, o, tezliklə arvadının əleyhinə işlər görməyə başlayır. Gərgin ər-arvad münasibətləri saraydakı qruplararası mübarizə ilə paralel gedirdi. Tamara bu mübarizədə hökmdar kimi öz hüquqlarını daha çox tələb etməyə başlayırdı.Lordkipanidze (1987), p. 142. Tamaranın taleyində dönüş nöqtəsi güclü katalikos Mikayılın ölümü oldu. Tamara kansler kimi onu öz tərəfdarı Anton Qnolistavisdze ilə dəyişdirdi. Tamara nisbətən öz gücünü artırdı, ona sadiq olan zadəganları sarayda yüksək vəzifəyə gətirdi və onlardan ən nəzərəçarpanı Gürcüstanda Mxarqrdzeli kimi tanınan kürd ailəsidir.

İkinci evliliyi thumb|200px|left|1202-ci ildə Tamaranın imzası 1187-ci ildə Tamara zadəgan şurasını sərxoşluq və "sodomiya" ilə günahlandırılan Yuri ilə boşanmasını təsdiq etməyə razı saldı və Yuri Konstantinopola göndərildi. Tamaranın gücünün artmasından narahat olan bir sıra Gürcüstan zadəganları tərəfindən dəstəklənən Yuri iki dəfə çevrilişə cəhd etdi, ancaq iflasa uğradı və 1191-ci ildən sonra bilinməyən bir yerə göndərildi. Tamara ikinci ərini özü seçdi. O, Alaniya şahzadəsi David Soslan idi. Onu XVIII əsr gürcü alimi Şahzadə Vaxuşti erkən XI əsr Gürcü hökmdarı I Georginin nəslinin nümayəndəsi hesab edir.Alemany (2000), p. 321. David kifayət qədər bacarıqlı sərkərdə idi. O, Tamaranın əsas tərəfdarı və Yurinin arxasında olan üsyançı zadəganların məğlub edilməsində önəmli yer sahibi oldu.Lordkipanidze (1987), p. 143.

Tamara və Davidin iki uşağı var idi. 1192-ci və ya 1194-cü ildə Tamaranın oğlu Georgi-Laşa (gələcəkdə IV Georgi) doğuldu. Qızı Rusudan isə təqribən 1195-ci ildə doğuldu və qardaşının ölümündən sonra gürcü hökmdarı oldu.Eastmond, Antony. "Gender and Orientalism in Georgia in the Age of Queen Tamar", in James (1997), pp. 111–112.

David Soslanın kral-konsort kimi statusu, həmçinin incəsənətdə, nizamnamələrdə və sikkələrdə olması hökmranlıqda kişinin rolunun vacibliyini göstərirdi, ancaq o, əmr altında olan bir idarəçi idi, taxtı Tamara ilə bölüşür və gücünü Tamaradan alırdı.Eastmond (1998), pp. 135–137. Tamara mep’et’a mep’e — "krallar kralı" olmağa davam edirdi. Qrammatikasında cins kateqoriyası olmayan gürcü dilində mep'e ("kral") ancaq kişi cinsinə aid məna verməyə də bilər və "hakim" kimi tərcümə edilə bilər.Rapp (2003), p. 263.Eastmond (1998), p. 109. Mep'e sözünün qadın ekvivalenti dedop'ali ("kraliça") idi və kraliça-konsort və hökmdara yaxın olan yaşlı qadın qohumlar üçün istifadə edilirdi. Bəzən Tamara gürcü salnamələrində və bəzi nizamnamələrdə dedop'ali adlandırılır. Beləliklə, mep'e titulu Tamaranın qadınlar arasında nadir olan vəzifəsini işarələmək üçün istifadə edilə bilərdi.

Xarici siyasəti və hərbi kampaniyaları thumb|400px|1213-cü ildə Gürcüstan və qonşuları

Müsəlman qonşuları Tamara öz gücünü artıranda və David Soslan, Mxarqrdzeli, Toreli və başqa zadəgan ailələrindən dəstək alanda öz sələflərinin işğalçı xarici siyasəyini bərpa etdi. Gürcüstanda təkrarlanan sülalə çəkişmələri və Böyük Səlcuq İmperiyasının regionda varisləri olan Azərbaycan Atabəyləri, Şirvanşahlar və Ərmənşahların səyləri IV Davidin və Tamaranın atası III Georginin vaxtında Gürcüstanın nail olduğu dinamikanı zəiflətmişdi. Ancaq gürcülər Tamaranın vaxtında, xüsusilə, onun hakimiyyətinin ikinci onilliyində yenidən aktiv oldular.

1190-cı ilin əvvəllərində Gürcüstan hökuməti mübarizə aparan şahzadələrdən istifadə edərək Eldənizlərin və Şirvanşahların daxili məsələlərinə qarışmağa başladı. Eldənizlər dövlətinin Atabəyi Əbu Bəkri gürcülərin yüksəlməsinin qarşısını almağa çalışdı, ancaq Şəmkir döyüşündə David Soslan tərəfindən məğlub edildi və 1195-ci ildə önəmli bir şəhərini itirdi. Əbu Bəkr öz hakimiyyətini bir il sonra bərpa etsə də, Eldənizlər qismən gürcülərin basqınlarının qarşısını almağa qadir idilər.Luther, Kenneth Allin. "Atābākan-e Adārbāyĵān ", in: Encyclopædia Iranica (Online edition). Retrieved on 2006–06–26.Lordkipanidze (1987), p. 148.

1199-cu ildə Tamaranın orduları başqa mühüm bir qələbə qazandı. Kürd ailəsindən olan iki qardaş Zakare and İvane Mxarqrdzeli Ani şəhərini kürd Şəddadilər sülaləsindən aldı və ərazini feod olaraq Tamaradan qəbul etdi. Ani şəhərini istinad nöqtəsi edən qardaşlar yerli müsəlman sülalələrindən bir-bir qalaları və vilayətləri alaraq mərkəzi erməni torpaqlarına qədər hakimiyyətlərini yaydılar: 1201-ci ildə Bjin, 1203-cü ildə Dəbil (Dvin) süqut etdi.Lordkipanidze (1987), p. 150.