Filip Osipoviç Pauluççi (, 1779, Modena — 25 yanvar 1849, Nitsa) — markiz, fransız və rus hərbi xadimi, general-adyutant.

Həyatı Filip Pauluççi əvvəlcə Fransa ordusunda xidmət etmişdi. 1807-ci ildə polkovnik rütbəsində Rusiya ordusuna keçmişdi. Osmanlı ordusuna qarşı döyüşmüşdü. 1810-cu ildə Qafqaz ordusunun general-kvartirmeyseri təyin olunmuşdu. 1811-ci ildə Qafqazın sərdarı vəzifəsinə dəyişildi.

22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandanı general F. Pauluççi Qafqaza daxil oldu.

Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur.Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport

Mükafatları Filip Pauluççi 7 may 1809-cu ildə № 939 əmrlə 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Паулуччи Филипп Осипович http://www.museum.ru/museum/1812/Persons/slovar/sl_p13.html|страницы=511—512

Kateqoriya:Rusiya hərbçiləri