Məzari-Şərif, () - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi.

Ümumi məlumat Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib.

XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.

Xarici keçidlər

Mezar-ı Şerif kent haritası Mazar-i-Sharif.de

Kateqoriya:Əfqanıstan tarixi Kateqoriya:Əfqanıstan coğrafiyası Kateqoriya:Əfqanıstan şəhərləri Kateqoriya:İpək yolundakı şəhərlər Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri