Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şirazi — Nasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi.

Həyatı

Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şiraz şəhərində anadan olmuşdu. Məşhur Qəvam, Kəlantər nəslindindir.

Mirzə Fətəli xan Sahibdivan Azərbaycanın valisi olmuşdu. Təbrizdə həm valinin, həm vəliəhdin olması ağır yük idi. 1872-ci ildə yayılmış intibahnamədə vali Sahibdivana müraciətdə deyilirdi: "Bizi idarə etmək təkcə vəliəhdin olması kifayətdir. Artıq hakimlər, xüsusilə də sənin kimisi bizə lazım deyil".Gürcüstan MDTA, fond 5, iş 2242, vərəq 2-3. Öz acgözlüyü və zülmkarlığı ilə əhalini cana gətirən Sahibdivana qarşı Təbrizdə dəfələrlə çıxışlar baş vermiş və nəhayət 1881-ci ildə Təbriz əhalisi onu Azərbaycandan qovmuşdur. (Buna baxmayaraq, şah Sahibdivanı başqa yerə - yerə Şiraza hakim təyin etmişdi).

Ailəsi Mirzə Fətəli xan Xürrəm Bahar xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu.Hüseyn xan, Heydərəli xan adlı oğlanları vardı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Şirazda doğulanlar Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran nazirləri Kateqoriya:İranda vəfat edənlər Kateqoriya:Qəvamlar