Əfrayıl Paşa oğlu Hüseynov () — polkovnik-leytenant.

Həyatı Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub.

1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb.

Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub.

"Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir.

Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Zəngilan rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər