Şəhrəbanu və ya Şəhrbanu (; ) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin anası. Lakin təkzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin həyat yoldaşı və Əli ibn Hüseynin anası olması bir tarixi mifdir.
Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıb və bu rəvayətləri rədd ediblər. Hüseyn İbn Əlinin həyat kitabı, yazıçi:"Dr. Seyid Cəfər Şahidinin", (Səhifələr 12–27)İslam və İran arasında qarşılıqlı xidmətlər, yazıçi:"Mürtəza Mütəhhəri", (səhifələ 116–119)
Həyatı Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.Nahal Tajadod, Les porteurs de Lumière, " Le dernier roi des rois ", p. 334. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı. Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi. Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.Al-Mas'udi, Ithabat al-Wasiya, p. 143. Bu Şəhrbanunun təxminən 659-cu ildə vəfat etdiyini deməyə əsas verir. Ərəb orduları Sasaniləri məğlub edib paytax Mədaini ələ keçirərkən Şəhrbanunu qul kimi Mədinə bazarına gətirirlər. Qabusnamə əsərinin müəllifinə görə bu zaman Mədinədə olan Salman Farsi işə qarışaraq Şəhrbanunu Hüseyn ibn Əlinin arvadı olmasını təklif edir, çünki adlı-sanlı şahzadə xanıma başqa aşağı dərəcəli birini rəva bilmir.Subani Hamad, the secret history of İran, İmam Huseyn, Lulu com, p.36 Bəzi mənbələrin yazdıqlarına görə III Yəzdigirdin digər qızı yəhudi Eqzilarxı, yəni ərəb ağalığında yaşayan yəhudilərin dini başçısı Bostanai ilə evlənib.Sasson, H. Ben, A history of the Jewish People, Harvard University, 1976, p.421
Şəhrbanunun İran ərazisində ölməməsinə baxmayaraq Tehranda onun adına bir movzeley və onun bu ərazidə vəfat edildiyinə inanılır.
Elmi-tarixi faktlar : Şəhrbanu mifi Şəhrbanu tarixi şəxsiyyəti şiəlik inancı ilə islamaqədər İran-fars ənənələrinin arasındakı bir körpüdür. Baxmayaraq ki, bu sasani şahzadəsinin imamların anası kimi təqdim edilməsi bir tarixi uydurmadır və Şiəliyin İran ərazisində yayılmasında bir legitimlik vasitəsi olub. Bu mif kifayət qədər islami mənbələrdə şübhə altına qoyulmayıb və hələ də çox insan onun doğruluğuna inanır.M. A. Amir-Moezzi, The Divine Guide in Early Shiism, New York, 1994. Belə ki, əlimizdə olan 9-cu əsrə aid ən qədim mənbələrdə İmam Zeynəlabdinin, dördüncü imamın anasının, Sind vilayətindən bir hindli cariyənin olması və adının Qazala və ya Solafa olması açıq-aşkar bəllidir. Ebn Saʿd (ö. 844–45) and Ebn Qotayba (ö.889) bu barədə dəqiq məlumat verir.Ebn Qotayba, al-Maʿāref, ed. Ṯarwa ʿOkāša, 4th ed., Cairo, 1995. Ebn Saʿd, al-Ṭabaqāt al-kobrā, ed. E.ʿAbbās, Beirut, 1957–60. Üstəlik Ərəblərin Sasanilər ilə savaşlarını və İranın işğalının detallı təsvirlərini verən dövrün tarixçilərinin, nə ərəb, nə də ki digər, heç biri bu kimi vacib məsələdən qətiyyən bəhs etmir. Bircə o faktı xatırlatmaq kifayətdir ki, Firdovsi Şahnamə əsərində Sasani şahlarının son aqibətlərindən bəhs etsə də bu mövzudan o da bəhs etmir. Özünün əl-Kamel əsərində dilşünas Mobarrad (ö.900-cü il) ilk dəfə olaraq , Əli Zeynəlabidinin anası olan hind cariyəsi olan Solafanın əslində III Yezdəgirdin qızı olmasını yazır. O həmçinin Fars qadınlarının alicənablığından və onların necə nəzakətli olmasından bəhs edir.Moḥammad b. Yazid Mobarrad, al-Kāmel fi ʾl-loḡa wa ʾl-adab, ed. M. A. Dāli, 3rd ed. in 4 vols., 1997. 645–66 Eyni zamanlarda, tarixçi Yaqubi (ö.904) və din alimləri Musa Novbaxti və Sad ibn Abd-Allah (ö. 912–13) ilk şiə müəllifləridir ki, Şəhrbanu haqqında əfsanə tarixi fakt kimi təqdim edirlər və onu imam Hüseynin xanımı olmasından bəhs edirlər.Nowbakti, Feraq al-šiʿa, ed. H. Ritter, Istanbul, 1931. Ən təəcüblüsü isə budur ki, 10-cu əsr şiə və həmçinin sünni alimləri bu tarixi əfsanəyə doğruluq köynəyi geyindirmək üçün bəzən uydurma hədislərdən sitatlar gətirirlər. Ṣaffar Qomi (ö. 902–903) bu müəlliflərdəndir. İlk dəfə olaraq Saffar Qomi Şəhrbanu haqqında məlumatları hədis kimi təqdim edir, yəni müqəddəs istinad kimi. Onun uydurma tarixi faktları çox təəsüff ki sonradan digər islam alimləri və tarixçiləri tərəfindən tarixi fakt kimi qəbul edilib. Məsələn, müəllif yazır ki, Şəhrbanu İmam Əli ilə farsca danışıb. Əmir Moezzinin elmi kitabında deyildiyi kimi, İmam Zeynələbdini və ondan sonra gələn imamları həm vəlayət mərtəbəsində Əli və Fatiməyə, həm də qədim fars-İran tarixinə bağlamaq üçün Şəhrbanu personajı bir xüsusi funksiya daşıyıb.Amir-Moezzi, 2002, p. 511 9–12-ci əsrdə islami mənbələrdə İmam Hüseyn ilə Şəhrəbanun evliliyi haqqında onlarla tarixi istinad tapmaq olar, lakin onların hamısı bu 9–10 əsr ilkin uydurma mənbələri və sənədi-istinadı olmayan imamlara, o cümlədən 8-ci imama aid edilən hədislərdir.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər Kateqoriya:Sasanilər Kateqoriya:Şiə imamlarının xanımları Kateqoriya:Hüseyn ibn Əlinin xanımları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar Kateqoriya:Müharibə əsirləri