thumb|320px|Ələmut qalasının dağıntıları (2016) Ələmut qalası () — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir.

Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.Willey, Peter. Eagle’s Nest- Ismaili Castles in Iran and Syria (New York: I. B. Tauris, 2005), 23.

1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur.

Monqol işğalı thumb|160px|right|Ələmutun monqollar tərəfindən mühasirəsi 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur.

Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarix-i cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır.

Sonrakı dövr Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rudbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı.

Müasir dövr 2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb.

Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rudbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib.

Həmçinin bax Həsən Sabbah İsmaililər Əlamut (Vladimir Bartol)

İstinadlar

Xarici keçidlər "Alamut Cultural Heritage Base — Official Website"

Kateqoriya:İran qalaları Kateqoriya:840-cı ildə yarananlar Kateqoriya:Qəzvinin görməli yerləri Kateqoriya:İrandakı arxeoloji abidələr Kateqoriya:Orta əsrlər əfsanələri Kateqoriya:İran qəsrləri Kateqoriya:İrandakı ümumdünya irsi Kateqoriya:Nizarilər Kateqoriya:Qəzvin ostanının abidələri