Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; ) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini.
Həyatı Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.
1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004–2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini çalışıb
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İstinadlar
Xarici keçidlər I çağiriş İcra hakimiyyətinin başçısı İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir? — Dosye + Foto
Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Samux Rayon İcra Hakimiyyətinin başçıları