Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri.

Həyatı

Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi.

Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu.

Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib.

Ailəsi

Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı.

Mənbə Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. Həmçinin bax

Zəngənə eli

Kateqoriya:Zəngənələr Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Tüfəngçibaşı Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:İran siyasətçiləri