Aykut Erçetin () — Türkiyə futbolçusu Aykut futbola Ştutqartda başlayıb. 2003-cü ildə Qalatasaraya transfer olan bu gənc qapıcı, Fərid Mondraqon kimi məşhur bir qapıçıyla üç il birlikdə işləmək şansı oldu.

Latınca, İngiliscə və Almanca bilən Erçetin, 2007–08 mövsümünün başında Mondraqonun Kölnə transfer olmasıyla birlikdə daha çox forma şansı tapmağa başladı. Əvvəllər Orkun Usakın arxasında ehtiyat qapıcı kimi gözləyən Aykut, ikinci dövrəylə birlikdə birinci seçim olmağı bacarmışdı. Etdiyi kritik qurtarışlarla o mövsüm alınan çempionluqda böyük pay sahibi olan Erçetin, keçdiyimiz mövsümün böyük hissəsində isə Argentinalı Leo Frankonun ehtiyatı olaraq istifadə edildi.

2009–10 mövsümündə cəmi 12 matça çıxan təcrübəli qapıçı, bu qarşılaşmalarda 13 dəfə topu qapısında gördü, bir də penalti qurtardı. 21 Yaş Altı Milli Komandada (U21) 19 dəfə çıxış edən Aykutun Qalatasarayla 2012-ci ilə qədər müqaviləsi var.

Uğurlar Türkiyə Super Liqası: 2 (2005–06, 2007–08) Türkiyə Kuboku: 1 (2004–05) TFF Super Kuboku: 1 (2008)

İstinadlar

Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Çaykur Rizəspor futbolçuları