Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar (1850–1948)—tacirbaşı, Məşrutə hərəkatının üzvü.

Həyatı Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq etmişdi. Tehranda yaşayırdı. Nasirəddin şah Qacarın yaxını idi. Şahın ticari işlərinə başçılıq edirdi. Onun işlərindən Astara - Ərdəbil yolunun yaradılmasına işarə etmək olar.O, Şahi bankın müxaliflərindən və Rusiya səfirliyinin dostlar və dilerlərin idir. Kolonel Kasakofski kitabında Məlikəttüccar barəsində yazır:"Hacı Məlikəttüccar, bütün Azərbaycan və Tehranın tacirlərinin başçısıdır və özü də Azərbaycanlıdır".

Hacı Məhəmmədkazım ağa Məşrutə hərəkatına qoşulmuşdu.

Ailəsi Hacı Məhəmmədkazım ağanın törəmələri Məlik soyadını daşıyırdılar. Hacı Məhəmmədkazım ağanın Hacı Hüseyn ağa adlı oğlu vardı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Hacı Məhəmmədkazım Məlikəttüccar http://forum.gpgir.org/showthread.php?tid=720

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Hacılar Kateqoriya:İran siyasətçiləri