Çəmənlikdə səhər yeməyiRəssamlar və Qadınlar. Metu Press, 2003. Səhifə 18Farthing, Stephen. Ölmədən əvvəl baxılmalı 1001 rəsm əsəri. Carette Kitabları. Avqust 2007. Səhifə 436. ISBN 978-975-92722-9-6 və ya Çəmənlikdə piknikMagalhaes, Roberto Carvalho. Möhtəşəm sənət əsərləri. Alfa kitab evi, 2008. Səhifə 832. ISBN 978-975-297-994-9 () — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.
Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.White, Nicholas. The Family in Crisis in Late Nineteenth-century French Fiction. Cambridge University Press, 1999. ISBN 978-0-521-56274-4
O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir. Mane əsərin mövzusunu Tisianın Fiesta Campestre əsərindən, kompazisiyası isə Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı Parisin günahı adlı qravürdən götürmüşdür.Rubin, James Henry. Manet's silence and the poetics of bouquets. Harvard University Press, 1994. Səhifə 47. ISBN 978-0-674-54802-2Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 125.ISBN 978-0-226-07544-0 Tabloda olan tarixi cizgilərə baxmayaraq, iki kişinin çılpaq qadınla çəmənlikdə təsvir edilməsi dövrün kübar cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməmişdir.Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 131. ISBN 978-0-226-07544-0. Çəmənlikdə səhər yeməyi həm mövzusu, həm də janrı baxımından sərgilənməyə başladığı gündən etibarən ciddi mübahisələrə səbəb olmuşdur.Mauclair, Camille. The French Impressionists (1860-1900). BiblioBazaar, LLC, 2008. ISBN 978-0-554-28887-1
Tabloda Eduard Manenin yaxın dostu və özü də rəssam olan Viktorina Möran çılpaq qadın formasında, rəssamın qardaşları Qustav Mane və Eugen Mane isə qadının ətrafında olan qara qeyimli kişilər olaraq poza vermişdilər. Əsərin böyük mübahisələrə səbəb olmasından sonra, bir çox nüfuzlu şəxslər Eduard Maneni sərt tənqid etməyə başladılar.Acton, Mary. Learning to look at modern art. Routledge, 2004. Səhifə 29. ISBN 978-0-415-23811-3
Bütün tənqidlərə baxmayaraq, Manenin mövqeyini müdafiə edən şəxslər də vardı. Emil Zolya, Stefan Malarme və Şarl Bodler kimi cəmiyyətin nüfuzlu şəxsləri əsəri müdafiə edənlər arasında idi. Realizm cərəyanın formalaşmasında Qustav Kurbe və Eduard Manenin rolu böyükdür. Çəmənlikdə səhər yeməyi, Olimpiya və Folies Bergere küçəsindəki bar tabloları modernizm cərəyanın ilk nümunələri hesab olunur.Harris Jonathan P., Greenberg Clement, Fried Michael, Clark Timothy J. Writing back to modern art: after Greenberg, Fried, and Clark. Routledge, 2005. Səhifə 57. ISBN 978-0-415-32429-8. Hər üç tablo Eduard Manenin ən uğurlu işlərindən sayılır. Qeyd edilən tablolar Pablo Pikasso, Mari Kasset, Pol Sezann və Klod Mone kimi dahi rəssamların yaradıcılığına öz təsirini göstərmişdir.Discogs album cover , accessed 2010-09-05. Bununla incəsənət dünyasında yeni cərəyanın İmpressionizmin əsası qoyulmuşdurWittel Betina, Hermesch Robert, Breaux T. A. Absinthe, Sip of Seduction: A Contemporary Guide. Fulcrum Publishing, 2008. ISBN 978-1-933108-21-6. Sayfa 11
Əsər Paris Salonu 1667-ci ildə Fransa Mədəniyyət Komitəsi tərəfindən açılmışdır. Salonda tabloların sərgilənməsi üçün tablonun gözəl və ya qeyri-adi olması tələb olunmadığından tələb çox idi. Rəsm əsərlərinin salona qəbulu məsələsi ilə komitə üzvlərindən təşkil edilmiş jüri məşğul olurdu. Jüri öz sərt qərarları ilə tanınırdı. Təkcə 1863-cü ildə salona təqdim edilən 5.000 sənət nümunəsindən 3.000 tablo salona qəbul edilməmişdir. Tabloların Paris Salonuna qəbul edilməməsini qanunsuz sayan, rəssamlar Parisin mərkəzi küçələrində etiraz nümayişləri keçirirdilər.Sabbeth, Carol. Monet and the Impressionists for Kids: Their Lives and Ideas, 21 Activities. Chicago Review Press, 2002. Səhifə 7 ISBN 781556523977.thumbnail|130px|left|Eduard Manenin, Çəmənlikdə səhər yeməyi tablosu Paris Salonuna qəbul edilməməsinə, sərt etiraz etmişdir. Rəssamların və kübar cəmiyyətdə bir sıra nüfuzlu şəxslərin etirazlarından sonra Fransa imperatoru III Napoleon sərgilənməyən tabloları Rədd edilənlər salonu adlı mərkəzdə nümayiş edilməsinə göstəriş vermişdir.Lanier, Doris. Absinthe, the Cocaine of the Nineteenth Century: A History of the Hallucinogenic Drug and Its Effect on Artists and Writers in Europe and the United States. McFarland, 2004. ISBN 978-0-7864-1967-8. Sayfa 101 Eduard Manenin Çəmənlikdə səhər yeməyi əsərindən başqa, Kamalli Pizzaro, Pol Sezann, Ceyms Abbott Maknil Vistler kimi rəssamların əsərləri də Paris Salonunda deyil, Rədd edilənlər salonunda sərgilənmişdir.Condra, Jill. The Greenwood Encyclopedia of Clothing Through World History: 1801 to the present. Greenwood Publishing Group, Səhifə 32 2008 Eduard Manenin tablosu salonun açıldığı ilk gündən mübahisələrə səbəb olmağa başladı. Tabloda əsas planda verilmiş müasir geyimli kişilərin rəssam olduğu təsviri yaranır. Onlar yanlarında əyləşmiş qadınla söhbət edirlər. Qadının çılpaq olmasının səbəbi böyük ehtimalla, arxa fonda görünən digər qadın kimi bir az əvvəl suda yuyunmasıdır. Əsas planda olan üç şəxsin yanında səbət təsvir edilib. Səbətdə armud, şaftalı, çörək və içkinin olduğu görünür. Arxa planda isə hələ də yuyunmaqda olan digər bir qadın təsvir görünür.
Əsərin ilk adı fransız dilindən tərcümədə hamam mənasını ifadə edən Le bain olmuşdur. Rədd edilənlər salonunda əsər bu adla sərgilənmişdir. Mane sonradan əsərin adını iki dəfə dəyişdirmişdir. Əvvəlcə La partie carrée adlanan əsər sonradan indiki adını (Le Déjeuner sur l'herbe) almışdır. Çəmənlikdə səhər yeməyi Eduard Manenin Rədd edilənlər salonunda sərgilənən üç tablosundan biri idi. Tablo Manenin digər iki tablosunun ortasında yerləşirdi. Əsərin sol tərəfində Viktorina Möran İspan geymində, sağ tərəfində isə Maco geyinmiş igid tabloları nümayiş olunurdu. Sənət tarixçiləri modern mədəniyyətin ilk nümunələrini Rədd edilənlər salonunda yarandığını bildirirlər. Paris Salonuna qəbul edilməyən əsərlərə baxmaq üçün Rədd edilənlər salonuna insan axını güclü idi. Bununla da Rədd edilənlər salonu böyük uğur əldə etmişdir.Bossy Michael-Andre, Brothers Thomas, McEnroe John-Craig. Artists, Writers, and Musicians: An Encyclopedia of People Who Changed the World . Oryx Press, 2001. Səhifə 116. ISBN 978-1-57356-154-9.
Əsərdə əsas planda görünən çılpaq qadın Viktorina Möran adlı rəssamdır. Viktoriya Eduard Manenin yaxın dostu idi. Bəzi tənqidçilər çılpaq qadının küçə fahişəsi olduğunu iddia edirdilər. Bu iddialar günü-gündən güclənirdi. Dövrünün tanınmış tənqidçilərindən biri tablo haqqında sərt fikirlər bildirmişdir. Əsər haqqında bir sıra sərt fikirlər səsləndirilsə də, ən sərt fikir yerli Paris qazetlərində nəşr olunan publisistlərin fikirləri olmuşdur. Həmin fikirlərin birində deyilirdi:
Tablonun izahı thumbnail|150px|left|Fransız rəssam Monet tərəfindən Eduard Maneyə cavab olaraq, 1865-ci ildə çəkilmiş Çəmənlikdə səhər yeməyi əsəri.Katz Robert, Celestine Dars. The Impressionists Handbook. Sterling Publishing Company, Inc., 1999. ISBN 978-1-58663-752-1. Çəmənlikdə səhər yeməyi tablosunun çəkildiyi 1862-1863-cü illərdə Eduard Mane yeni mövzulara müraciət etməyə başlayırdı. Mane digər tablolarında olduğu kimi, bu tabloda da rənglərdən ifrat dərəcədə istifadə etməmişdir. Çəmənlikdə səhər yeməyi renessans dövründən başlayaraq XIX əsrin ortalarına qədər davam etmiş, rəəsamlıq üslubuna təsir etmişdir. Əsər həm də modern mədəniyyətin formalaşmasına səbəb olmuşdur.
Eduard Manenin Çəmənlikdə səhər yeməyi əsərində çılpaq qadınla iki geyimli kişinin təsvir etməsi Parisdə mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox şəxsin etirazına səbəb oldu. Mane bundan əvvəl də çılpaq qadınların tablosunu yaratmışdı, ancaq bunlardan heç biri bütün cəmiyyət tərəfindən müzakirə olunacaq narazılıqlara yol açmamışdı. Tablonun böyük mübahisələrə səbəb olmasının səbəblərindən biri kimi rəsmdə göstərilən şəxslərin reallıqa yaxın formada təsvir edilməsidir. Qadının baxışlarında arsızlıq olması fikri bir çox mədəni tənqidçilər tərəfindən səsləndirilmişdir. Əsərdə təsvir edilən kişilərin qadına fikir vermədən öz aralarında söhbət etməsi, sanki qadına qarşı saymazyana münasibət göstərməsi fikri yaxın illərdə formalaşmışdır.
Bununla da Eduard Mane Fransada və dünyada impressionizm cərəyanın əsasını qoydu. Manenin bu tablosunda istifadə etdiyi fırçanı kətanın üzərinə bərk zərbələr endirdiyi məlumdur. Bununla əsərin real görünməsi təmin olunurdu. Hətta bu prosesdə zamanla üslub kimi qəbul edildi və onunda yaradıcısı Eduard Mane hesab olunmağa başlandı. Mane üçün mühüm olan məsələlərdən biri də əsərdə işıq effektinin verilməsi idi. Əsərdə havanın günorta təsvir edilməsi səbəbindən Eduard Mane işıq effektinə daha çox diqqət yetirmişdir.
thumbnail|170px|Pol Sezann tərəfindən çəkilən Çəmənlikdə səhər yeməyi əsəri (1869-1870) Sezannın çəkdiyi tablo bir sıra xüsusiyyətlərinə görə Eduard Manenin tablosundan fərqlənir.Reuter, Peter. Der große Reuter. Birkhäuser ISBN 978-3-540-25104-0.
Renessans dövrünə aid əsərlərdə çılpaq insanların təsvir edilməsi onların bədənlərindən ayrılan ruhu göstərirdi. Nümunə kimi, Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Sandro Botiçellinin Veneranın doğulması əsərini göstərmək olar. Həmin tabloda qadının çılpaq formada körpə dünyaya gətirməsi ruhun bədəndən ayrılmasına işarədir. Orta dövr rəssamlarının tablolarında təsvir edilən çılpaq kişi və qadınlar çox vaxt dini məna ifadə edirdilər. Ancaq Eduard Manenin Çəmənlikdə səhər yeməyi tablosunda olan hər iki qadının heç bir dini məna ifadə etmədiyini dövrün tənqidçiləri və rəssamın özü də qeyd etmişdir.
Mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər Eduard Manenin tablolarında istifadə edilən rənglərin ahəngdarlığını yüksək qiymətləndirmişdilər. Bununla rənglər dünyasında böyük mədəni inqilabın yarandığı da söylənilir. Rəssam fırçanı rəsmin üzərində bir neçə saniyə saxlamaqla qarşıdan gələn işığı azaltmış, bununla da əsərin nisbətən tünd olmasına nail olmuşdur. Əsərdə olan görüntülərin hər biri ayrı-ayrılıqda işıqlandırılmamış, əsasən vahid mənbə vasitəsi ilə tablonun görünüşünün aydınlandırılmasına üstünlük verilmişdir. Əsərdə rənglərin ahəngində bəzi qüsurların olması, işığın əks olunmasındakı bir sıra qüsurlar tablonun təbiət qoynunda deyil, rəssamın şəxsi emalatxanasında yaradılan studioda çəkildiyini sübut edir. Qadınları təbii çəkmək istəyən Eduard Mane buna tam nail olmamışdır. Avropa tənqidçiləri rəssamın əsas planda görünən çılpaq qadını arzuladığı kimi çəkə bilmədiyni iddia edirlər. Tənqidçilər tərəfindən irəli sürülən fikirlərdən biri də, çılpaq qadının bədənində olan qəhvə rəngli ləkələrdir. Tənqidçilərin fikrinə görə, qadının bədənində olan ləkələrlə onun qarşısında dayanan meyvə səbəti uyğunsuzluq təşkil edir.
Dəstəkləyənlər thumbnail|150px|Eduard Mane tərəfindən çəkilən Emil Zolya portreti (1868). Zolyanın Manenin yaradıcılığında diqqətini cəlb edən ən mühüm məqam rəssamın hər hansısa tablosunda rənglərin ahəngdarlığı və qədim dövrlərə aid təsvirlərin müasirliyə yaxın formada verilməsi idi.McLeave, Hugh. A Moment of Truth: The Life of Zola. C&M Online Media, Inc., 2001. Səhifə 61. ISBN 978-0-917990-32-8