İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film.
Məzmun Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şeirləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Ssenari müəllifi: Rasim İsmayılov, Semyon Kuşner Operator: Georgi Şiryayev Səs rejissoru: İsgəndər Kərimov Məsləhətçi: A.Ağayev (filologiya elmləri doktoru)
İstinadlar
Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:İmadəddin Nəsimi haqqında filmlər