Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizihttp://web2.anl.az:81/read/page.php?bibid=230563&pno=4 Coğrafiya, III-cü hissə, Avropa, İvanov, Məlikov, Kamal, 1930, Azərnəşr (, ) — Qara dənizin şimal-şərqində yerləşən dəniz.

Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qara dənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Bu, Xəzər dənizindən Volqa-Don kanalı vasitəsilə Orta Asiyaya çıxış üçün vacib bir yoldur.

Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur. Azov dənizində bol balıq var. Qışda buzlar dəlinərək balıq ovlanır.

Dənizə sahili olan ölkələr Şərqdə;

Şimal, cənub və qərbdə;

Qaleriya

İstinadlar

Kateqoriya:Rusiya dənizləri Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Avropa dənizləri Kateqoriya:Aralıq dənizi hövzəsi dənizləri Kateqoriya:Şərqi Avropa coğrafiyası