Xanlar mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (?-1862) — Qacar şahzadəsi, vali.

Həyatı Abbas mirzənin on yeddinci oğlu Xanlar mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Heşmətüddövlə ləqəbini daşıyırdı.

Xanlar mirzə Heşmətüddövlə 1835-ci ildən 1837-ci ilədək Yəzd əyalətini idarə etmişdi. 1837-ci ildən 1841-ci ilədək Kirman və Sistan əyalətlərinə başçılıq etmişdi. 1841-ci ildən 1848-ci ilədək Həmədan əyalətinin valisi olmuşdu. 1848-ci ildən 1851-ci ilədək Mazandaran əyalətini idarə etmişdi. 1851-ci ildən 1860-cı ilədək Lurestan əyalətinə başçılıq etmişdi.

1852-ci ildə İldırım mirzə ilə qardaşı Xanlar mirzə arasında münaqişə yarandı. Xanlar mirzə şaha şikayət etdi. Şah ona İldırım mirzəni cəzalandırmaq icazəsi verdi. Xanlar mirzə əmr etdi ki, qardaşı İldırım mirzəni soyundurub, zəncirləsinlər və Ərdəbilə aparıb, zindana salsınlar. İldırım mirzə elə orada zindanda vəfat etdi.

Xanlar mirzə 1862-ci ildə vəfat edib.

Ailəsi Xanlar mirzənin Cəlal mirzə, Nəsrulla mirzə, Əliməhəmməd mirzə, Qulamhüseyn mirzə, Əkbər mirzə adlı oğlanları vardı.

Mənbə

Xarici keçidlər Xanlar mirzə Heşmətüddövlə

Həmçinin bax Qacarlar Abbas mirzə Qovanlı-Qacar

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər