Qəmbər Nəzir oğlu Sadıqov (1901–1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini. Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru.

Ailəsi Sadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əks-inqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir.

Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan tarixçiləri