Azərbaycan Ali Soveti — 1938–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür.
Haqqında Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir.
Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır.
Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər.
Çağırışlar thumb|Azərbaycan SSR Ali Sovetinin iclası (1964) I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991–1995)
Rəhbərlər 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar. Çağırış Vəzifə adı Adı və Soyadı Səlahiyyət Müddəti I çağırış (1937–1947)Rəyasət Heyətinin sədriMirbəşir Qasımov1937–1947Ali Sovetin sədriMir Teymur Yaqubov18 iyul 1938 – 7 aprel 1941Əziz Əliyev7 aprel 1941 – 6 mart 1944Sultan Qafarzadə6 mart 1944 – 22 mart 1947II çağırış (1947–1951)Rəyasət Heyətinin sədriMirbəşir Qasımov1947–1949Nəzər Heydərov1949–1951Ali Sovetin sədri Yusif Yusifov22 mart 1947 – 26 mart 1951 III çağırış (1951–1955)Rəyasət Heyətinin sədriNəzər Heydərov1951–1954Mirzə İbrahimov1954–1955Ali Sovetin sədri Ağamirzə Əhmədov26 mart 1951 – 18 aprel 1953 Mustafa Topçubaşov18 aprel 1953 – 25 mart 1955 IV çağırış (1955–1959)Rəyasət Heyətinin sədriMirzə İbrahimov1955–1958 İlyas Abdullayev1958–1959Ali Sovetin sədri Abdulla Bayramov25 mart 1955 – 23 yanvar 1958 Mirzə İbrahimov23 yanvar 1958 – 25 mart 1959 Qəzənfər Cəfərli25 mart 1959 – 26 noyabr 1959V çağırış (1959–1963)Rəyasət Heyətinin sədri Səftər Cəfərov1959–1961 Məmməd İsgəndərov1961–1963Ali Sovetin sədri Əli Tağızadə26 noyabr 1959 – 29 mart 1963VI çağırış (1963–1967)Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov1963–1967Ali Sovetin sədri Məmməd Dadaşzadə29 mart 1963 – 5 aprel 1967VII çağırış (1967–1971)Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov1967–1969 Qurban Xəlilov1969–1971Ali Sovetin sədri Mustafa Topçubaşov5 aprel 1967 – 1 iyul 1971 VIII çağırış (1971–1975), IX çağırış (1975–1980), X çağırış (1980–1985) və XI çağırış (1985–1991)Rəyasət Heyətinin sədri Qurban Xəlilov1971–1985 Süleyman Tatlıyev1985–1989 Elmira Qafarova1989–1990Ali Sovetin sədri Süleyman Rüstəm1 iyul 1971 – 10 iyun 1989
Həmçinin bax Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası
İstinadlar
Xarici keçidlər Azərbaycan SSR Ali Soveti (1920–1991-ci illər)
Kateqoriya:1938-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1995-ci ildə ləğv olunanlar Kateqoriya:1995-ci ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Azərbaycan tarixi