Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir.

Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır.

Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş. Məhz buna görə el arasında bu vulkana həm də "Qanlı Daü" deyilir. Əvvəlki püskürmə (1995, may) çamanı alov sütununun hündürlüyü 50 m, brekçiya örtüyünün yayılma sahəsi 12 ha, sopka brekçiyasının ümumi həcmi 200 min. m³ olmuşdur. Püskürmə zamanı atılmış qumdaşı qəlpələri 1 km məsafəyə yayılmışdır.

Püskürməsi 13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib. Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Vulkan püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb. Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilmişdir.

Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş verib. Aprelin 09-da Güzdək Bozdağı palçıq vulkanı püskürüb. 09 aprel 2026-cı il tarixində Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb. Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilmişdir.https://seismology.az/az/xeberler/bozdag-guzdek-vulkaninda-puskurme-bas-verib/494 Bozdağ-Güzdək vulkanında püskürmə baş verib

Həmçinin bax Qələndəraxtarma Böyük Kənizədağ palçıq vulkanı

Xarici keçidlər Güzdək Bozdağı palçıq vulkanında püskürmə qeydə alınıb Şıxzərli palçıq vulkanı püskürüb Qobustanda baş verən Şıxzərli palçıq vulkanı ilə bağlı — Açıqlama+Fotolar+Video Qobustanda palçıq vulkanı anidən belə püskürdü Bozdağ-Güzdək vulkanında püskürmə baş verib

Mənbə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.

Kateqoriya:Azərbaycanın palçıq vulkanları