Uğurbəyli məscidi — Bərdənin Uğurbəyli kəndində yerləşən məscid.
Tarix Uğurbəyli məscidi Azərbaycanın Bərdə rayonunda eyni adlı kənddə tikilmişdir. Məsçidin tikilməsi XIX-XX əsrin əvvəllərinə aiddir. Sovet dövründə məscid anbar kimi istifadə olundu, sonra uzun müddət qapalı qaldı və yararsız vəziyyətə gəldi.
Camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir.
16 dekabr 2009-cu ildə Uğurbəyli məscidinin dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib (№100109 АЗ-106).
Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən memarlıq abidəsi kimi qeydə alınmışdır.
Memarlıq xüsusiyyətləri Məscid birmərtəbəlidi. Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdən tikilib. Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın örtüyü şiferlə işlənib.
Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən işlənib.
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Kateqoriya:Bərdə rayonunun məscidləri Kateqoriya:Bərdə məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XX əsr məscidləri Kateqoriya:Şiə məscidləri