Aydınoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəsində qurulmuş bir türk bəyliyi.

Tarixi Malazgird döyüşündənnü (1071) sonrakı illərdə türklərin əlinə keçən bölgə, XI əsr əvvəllərində I səlib yürüyüşundən sonra Bizans tərəfindən geriyə alındı. Ancaq 1280-ci ildə Məntəşə bəyin başçılığı ilə türklər tərəfindən fəth edildi. Məntəşə bəyin hakimiyyətində qalan şəhər daha sonra Məntəşə bəyi öldürən Aydınoğlu Məmməd beyin əlinə keçdi və 1308-ci ildə Aydınoğulları bəyliyi quruldu. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın subaşısıydı (ordu komandiri). Məmməd bəy, əvvəl Germiyanoğullarına bağlı qaldı. Sonra Bizansdan Birgini alıb paytaxt halına gətirdi. Bu şəkildə müstəqilliyini elan etdi. Daha sonra Ödəmiş, Sultanhisar və İzmiri də torpaqlarına qatdı. Ayasuluğda (bugünkü Səlcuq) Aydınoğullarının ilk donanmasını qurdu.

Məmməd bəyin 1334-cü ildə ölümündən sonra bəyliyin başına oğulu Umur bəy keçdi. Umur bəy Səlcuq və İzmirdə limanlar qurdu, donanmasını gücləndirdi. Saqqız, Bozcaada, Eğriboz, Mora və Rumeli sahillərinə səfərlər təşkil etdi. Umur bəy Alaşehiri də torpaqlarına qatınca Venesiya, Cənəviz, Rodos cəngavərləri və Kipr krallığının donanmaları birləşərək hərəkətə keçdi. Birləşmiş xristian donanması 1344-cü ildə İzmiri ələ keçirdi və Aydınoğulları bu döyüşdə donanmasını itirdi.

Aydınoğulları, Umur bəyin 1348-ci ildə ölməsindən sonra gücünü itirdi. Dənizdən Venesiya və Rodos cəngavərlərinə, qurudan da Osmanlılara qarşı dayana bilmədi. İsa Bəy, 1390-cı ildə torpaqlarını İldırım Bəyazidə buraxaraq Tiredə oturmağı qəbul etdi. 1402-ci ildəki Ankara döyüşündə İldırım Bəyazidi məğlub edən Teymur Aydınoğullarına köhnə torpaqlarını geri verdi. Bəyliyi əlinə keçirən Cüneyd bəy rəhbərliyi altında Aydınoğulların hakimiyyəti bir az da uzandı. Lakin Cüneyd bəy Osmanlı dövləti əleyhinə fəaliyyət göstərdi. Xüsusilə fetret dövründə dəyişik şahzadələrə dəstək verdi və saxta Mustafa üsyanlarında əhəmiyyətli rol oynadı. Ancaq güclənən Osmanlı qarşısında tab gətirmədi və İzmir yaxınlarındakı sığındığı qalada təslim olmaq məcburiyyətində qaldı. Osmanlı ordusu tərəfindən həm özü həm də ailəsi öldürüldü. Beləcə 1426da Aydınoğulları bəyliyi torpaqları II Murad tərəfindən işğal edilərək Osmanlı dövlətinə qatıldı.

Bəyləri TarixlərBoswiorth, Clifford Edmund, , Okuma tarihi Eylul 2008Ad Qeydlər1308-1334Qazi Məmməd bəyBəyliyin qurucusu.1334-1348I Qazi Umur bəy 1348-1360Xızır bəy  1360-1390İsa bəy Osmanlı dövlətinə qatıldı1390–1402 1390–1402Musa bəy II Qazi Umur bəy 1402–1403 1403–1426İzmir bəy Cüneyd bəyTam olaraq Osmanlı dövlətinə qatıldı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Anadolu'da Kuralan İkinci Dönem Türk Beylikleri

Kateqoriya:Anadolu bəylikləri Kateqoriya:1308-ci ildə yarananlar Kateqoriya:Müsəlman sülalələr