Maya Kassandra Soetoro-Ng - 15 avqust 1970-ci ildə Cakartada (İndoneziya) anadan olub.) ABŞ-nin 44-cü Przezidenti Barak Obamanın ana bir, ata ayrı bacısıdır. Əvvələr orta məktəbdə tarix müəllimi idi, hal-hazırda Havay Universitetinin müəllimidir.
Uşaqlığı Maya Sotero İndoneziyada yerli biznesmen Lolo Soetoro ilə amerikalı antropoloq Stanley Enn Dunhamin ailəsində anadan olub. Onun böyük qardaşı Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidentidir. O bildirir ki, ona ABŞ şairəsi Maya Anjelunun adı verilib .
Maya və Barak bir neçə il birlikdə İndoneziyada və Havay adalarında yaşamış, sonradan anası Barakı Havay adalarında ata-anasının yanında qoyaraq Maya ilə birlikdə İndoneziyaya getmişdir. 1980-ci ildə onun valideynləri ayrıldıqdan sonra atası ikinci dəfə ailə qurur. Onun o ailədən Yusuf Aci Soetoro (1981) adlı qardaşı və Rahayu Nurmaida Soetoro (1984) adlı ögey bacısı vardır.Habib, Ridlwan. "Keluarga Besar Lolo Soetoro, Kerabat Dekat Calon Presiden Amerika/Lolo Soetoro's Extended Family, Close Relatives to American Presidential Nominee". Jawa Pos Daily. November 5, 2008 Edition.
İndoneziyada o ilk əvvəl evdə anasından təhsil alır, sonra 1981-1984-cü illərdə Cakarta beynəlxalq məktəbinə gedir Havaya qayıtdıqdan sonra Honoluludakı Punahou məktəbinə gedirhttp://mywebtimes.com/archives/ottawa/display.php?id=295383 Half sister launches Hawaii family support for Obama və oranı 1988-ci ildə bitirir.
O Nyu-Yorkdakı Barnard Kollecinin məzunudur. Həmçinin Nyu-York Universitetinin dil tədqiqatı və ingilis dili üzrə magistridir. Havay Universitetinin beynəlxalq müqayisəli təhsil problemləri üzrə magistridir.Democratic National Convention 2008, brief bio, Retrieved Jan 19, 2009
Maya qardaşı Barak ilə dot münasibətlərindən çox danışır, baxmayaraq ki, bir müddət bir-birindən uzaq yaşayıblar. Onların Havayda yeni il bayramını ailələri ilə birgə keçirməyi xoşladıqlarını qeyd edir.
Fəaliyyəti thumb|left|Maya Soetoro-Ng ABŞ Demokrat Pariyasının Denever şəhərində 2008-ci ildə keçirilən qurultayının birinci günündə çıxışı zamanı Maya anası və qızı Suheyladan həvəsləndiyi və 2011-ci ildə çap etdirdiyi Aya pilləkan kitabının müəllifidir.Obama's Half-Sister to Release Children's Book NY Times, April 2, 2009 O həmçinin bildirib ki, ali məktəblərdə münaqişələrin qarşısının alınması yollarından bəhs edən kitab üzərində işləyir.
O əvvəlcə Havaydakı qızlar məktəbində və məktəb laboratoriyasında tarix müəllimi işləyir. Həmçinin Havay Universitetinin axşam çöbəsində təhsilini davam etdirir. Ondan əvvəl isə 1996-2000-ci illərdə Nyu0York məktəblərinin birində tədris layihəsində iştirak edir.Democratic National Convention 2008, brief bio, http://www.demconvention.com/convention-2008-siblings-of-barack-and-michelle-obama-to-speak-tonight/ Retrieved Jan 19, 2009
2009-cu ildə Soetoro-Ng anasının disertasiyası əsasında Hər şeyə baxmayaraq yaşamaq:İndoneziyada sənaye kəndi adlı kitab çapına kömək edir. Ona ön söz yazır və Amerika Antropoloji Assosiasiyasının illik yığıncağında onun təqdimatını keçirir. Son dövrə qədər o Şərq-Qərb təhsili problemləri üzrə mütəxəssis və Havay Universitetinin dosenti idi .
Tədqiqat mövzusu Soerto-Ngnin Havay Universitetində doktorluq tədqiqat mövzusu dərs dediyi İndoneziya beynəlxalq məktəbi ilə Nyu-York məktəblərinin tədris sistemlərinin müqayisəsidir. O dissertasiyasında hər iki məktəbin müəllim və tələbələrinin sorğusunu keçirərək keyfiyyət fərqini tapamağa çalışır.
Barak Obamanın seçki kampaniyasında iştirakı 2007-ci ilin may ayında Maya qardaşının seçki kampaniyasında iştirak edəcəyini bəyan edir və bunun üçün iki aylıq məzuniyyət götürür. Maya Soetoro-Ng 2008-ci ildə ABŞ Demokrat Partiyasının qurultayında çıxış edir və orada qardaşının həyatı barədə məlumat verir və partiya fəaliyyətinə Asiya-Amerika gücü də gətirir."Asian Dispatchers from the 2008 DNC" . AsianWeek. Retrieved on August 29, 2008.
Şəxsi məlumatlar 2003-cü ildə Maya Ontarioda yaşyan çin əsilli kanadalıya ərə gedir (吴加儒). Onun əri hal-hazırda ABŞ vətəndaşıdır , Havay Universitetinin Kreativ Media Akademiyasının dosentidir. Onların iki qızı var: Suheyla və Savita. Əri Konrad-Ng Smitson İnstitutunun Asiya proqramında 2009-cu ilin ən yaxşı alimi elan edilib.
Soetoro-Ng özünü "fəlsəfi buddist" adlandırır." Maya indoneziya, ispan və ingilis dilində sərbəst danışır.
İstinadlar
Həmçinin bax Barak Obama Stanley Enn Dunham
Kateqoriya:ABŞ buddistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri