Mario (, ) — Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır.
Haqqında Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir. Mario Bouzeri məğlub edərək, şahzadə Piçi və krallığı xilas edir. Marionun qardaşı da var. Onun adı Luicidir. Nə Mario, nə də Luicinin soyadı yoxdur. "Super Mario qardaşları" filmində isə onların tam adı belə səslənir: Mario Mario və Luici Mario. Mario personajı "100 ən yaxşı personaj"dan 4-cü yeri tutur. Bu personaj sayəsində 200 oyun hazırlanmışdır.
Xarici keçidlər The Evolution of Mario Timeline and Collage Super Mario Wiki Nintendo of Europe's official website for the Mario series
Həmçinin bax Mario (franşiza)
Kateqoriya:Şiqeru Miyamato tərəfindən yaradılmış personajlar Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Videooyunlarda uydurma tədqiqatçılar Kateqoriya:Oyunların gizli personajları Kateqoriya:Videooyun talismanları Kateqoriya:Videooyun protaqonistləri Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Superinsan gücünə malik personajlar Kateqoriya:Metamorf personajlar Kateqoriya:Şirkət talismanları Kateqoriya:Yaponiya talismanları Kateqoriya:Atəş gücünə malik personajlar Kateqoriya:Mario Kateqoriya:Uydurma idmançılar Kateqoriya:Uydurma incəsənət xadimləri Kateqoriya:Nyu-Yorkdan olan uydurma personajlar