Rudolf Yulius Emanuel Klauzius (, doğum zamanı: Rudolf Qottlib, ; 2 yanvar 1822 – 24 avqust 1888) – alman fiziki və riyaziyyatçısı, termodinamikanın yaradıcılarından biri. 1865-ci ildə Kainatın istilik ölümü hipotezini irəli sürmüşdür. Klauzius həmçinin entropiya anlayışını elmə daxil etmişdir.

Həyatı Emanuel Klauzius 1822-ci ildə Almaniyanın Köslin şəhərində anadan olmuşdur. Klauzius ilk təhsilini atasının məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Klauzius gimnaziyada təhsil alır. Gimnaziyanı bitirdikdən sonra Ali Təhsilini Berlin Universitetində alır. Klauzius ilk dəfə olaraq Termodinamikanın ikinci qanununu kəşf etmiş və bunu 1854-cü ildə qəzetlərin birində nəşr etdirmişdir. 19 may 1865-ci ildə Fransız Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1868-ci ildə İngiltərə Kral Cəmiyyətinin üzvü seçilir. 1869-cu ildə Bonn Universitetinin professoru olur. 1870-ci ildə Hüygens medalına layiq görülür. Həmin ildə Klauzius Fransa–Prussiya müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. Müharibədə göstərdiyi fəallığına görə Klauzius "Dəmir xaç" ordeninə layiq görülmüşdür. 1878-ci ildə İsveç Kral Elmlər Akademiyasının üzvü seçilir. 1879-cu ildə İngiltərə Akademiyasında "Kopli" medalına layiq görülür. 1882-ci ildə Virzburq Universitetinin elmlər doktorluğuna layiq görülür. 1883-cü ildə isə Klauzius "Ponsele" mükafatına layiq görülür. Klauzius fizika elminə ilk dəfə 1865-ci ildə Entropiya anlayışını gətirmişdir. Həmçinin termodinamikanın ikinci və üçüncü qanunları haqda çoxlu işlər görmüş, "Kainatın termodinamik istilik ölümü" anlayışını qurmuşdur. Emanuel Klauzius 1888-ci ildə yaşadığı Bonn şəhərində vəfat edir. Ayda yerləşən "Klauzius" krateri onun şərəfinə adlandırılmışdır.

Elmi işləri Klauzius fizika və riyaziyyata aid elmi işlərini müxtəlif jurnallarda dərc etmişdir: "Journal de Crelle", "Philosoph. Magaz.", "Journal Matem. Liouville", "Comptes Rendus" — Paris Elmlər Akademiyası

Ayrıca dərc edilmiş jurnallar: "Ueber das Wesen der Wärme verglich. mit Licht und Schall" (Sürix, 1857); "Die Potentialfunction und das Potential" (Leypsiq, 1859; 4-cü buraxılış, 1885).

Şəxsi həyatı Emanuel Klauzius Adelheyd Rimpham ilə ailə qurmuş, onların altı uşağı olmuşdur. Lakin Rimpham 1875-ci ildə növbəti doğuş zamanı vəfat etmişdir. Klauzius bu hadisədən sonra müəllim kimi çalışmasına baxmayaraq, elmi işlərə az vaxt sərf edirdi. 1886-cı ildə Klauzius yenidən ailə həyatı qurmuş və həyat yoldaşı Sofiya Sakla bir övladları olmuşdur.

İstinadlar

Xarici keçidlər

Revival of Kinetic Theory by Clausius

Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:XIX əsr riyaziyyatçıları