Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Avroviziyada Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində iştirak etmişdir. Bosniya və Herseqovina müsabiqədə göstərdiyi zəif nəticələrə görə 1998 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədən kənarlaşdırılmışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Bosniya və Herseqovina hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
Bosniya və Herseqovina Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticəsi 2006-cı ildə Hari Mata Harinin ifa etdiyi "Lejla" mahnısı ilə əldə etdiyi 3-cü yerdir. 2013-cü ildə ciddi maliyyə çətinlikləri ilə üzləşən ölkənin Avroviziyada iştirak etməyəcəyi açıqlanmışdır. Bosniya və Herseqovina üç illik fasilədən sonra 2016-cı ildə müsabiqəyə geri dönsə də, 2017-ci ildə yenidən maliyyə problemləri səbəbi ilə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1993 Boşnakca Fazla "Sva bol svijeta" 16 27 2 52 1994 Boşnakca Alma Çardjiç və Deyan Lazareviç "Ostani kraj mene" 15 39Yarımfinal olmayıb 1995 Boşnakca Davorin Popoviç "Dvadeset prvi vijek" 19 14 1996 Boşnakca Amila Qlamoçak "Za našu ljubav" 22 13 21 29 1997 Boşnakca Alma Çardjiç "Goodbye" 18 22Yarımfinal olmayıb 1999 Boşnakca, Fransızca Dino Merlin və Beatris "Putnici" 7 86 2001 Boşnakca, İngiliscə Nino Prşeş "Hano" 14 29 2002 Serbcə, İngiliscə Maya Tatiç "Na jastuku za dvoje" (На јастуку за двоје) 13 33 2003 Xorvatca, İngiliscə Miya Martina "Ne brini" 16 27 2004 İngiliscə Deen "In The Disco" 9 91 7 133 2005 İngiliscə Feminnem "Call Me" 14 79Birbaşa finalçı 2006 Boşnakca Hari Mata Hari "Lejla" 3 2292267 2007 Serbcə Mariya Şestiç "Rijeka bez imena" (Ријека без имена) 11 106Birbaşa finalçı 2008 Boşnakca Laka "Pokušaj" 10 110 9 72 2009 Boşnakca Regina "Bistra voda" 9 1063125 2010 İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" 17 51 8 59 2011 İngiliscə, Boşnakca Dino Merlin "Love In Rewind" 6 125 5 109 2012 Boşnakca Maya Sar "Korake ti znam" 18 55 6 77 2016 Boşnakca Dalal və Deen ilə Ana Ruçner və Yala "Ljubav je"Finala keçməyib 11 104 colspan="8" data-sort-value="zzzzz"
Səsvermə tarixçəsi Bosniya və Herseqovinanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 115 2 95 3 76 4 61 5 59 Bosniya və Herseqovinanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 144 2 129 3 100 4 74 74
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində