Abdullazadə Fatma Hüseyn qızı () — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru.
Həyatı Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur.
1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Təltifləri "Şöhrət" ordeni — 02.06.2008
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Qadın riyaziyyatçılar Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri