Sikstin Madonnası () — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır.
Yaranma tarixi Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir.
Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
İstinadlar
Kateqoriya:1513-cü ildə yarananlar Kateqoriya:1514-cü ildə yarananlar Kateqoriya:1513-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Rafaelin Madonnaları Kateqoriya:Mələklər incəsənətdə Kateqoriya:Muzey kolleksiyaları Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər