Bəxtəvər qısametrajlı bədii filmi rejissor Ömür Nağıyev tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. Əsas rolları Kamil Məhərrəmov və Mehriban Xanlarova ifa edirlər.
Məzmun Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 151
Film haqqında Film yazıçı Yuri Kazakovun "Ləhlülülü" (Trallivalli) hekayəsinin motivləri əsasında çəkilmişdir.
Rollarda Kamil Məhərrəmov — Gündüz Mehriban Xanlarova — Dilşad Səhiyəddin Həsənov — Kök Xanlar Muradov — Uzun Xəyyam Aslan (Xəyyam Aslanov kimi) — Cavan Arif Kərimov — sürücü Filmi səsləndirənlər: Eldəniz Rəsulov — Gündüz (Kamil Məhərrəmov)(titrlərdə yoxdur) Nəcibə Hüseynova — Dilşad (Mehriban Xanlarova)(titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319; 367.
Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)
Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması