Vin Dizel (Əsl adı: Mark Sinkler; ) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb.

Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi.

O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib.

Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir. O, bununla yanaşı Racetrack Records musiqi şirkətini və Tigon Studios oyun istehsalı şirkətinin qurucusudur.

Filmoqrafiya 1990 — Awakenings — Sanitar 1997 — Strays — Rik, həmçinin prodüser, rejissor, ssenarist 1998 — Sıravi Rayanı xilas etmək — Sıravi Adrian Kaparzo 1999 — The Iron Giant — Dəmir div 2000 — Boiler Room — Chris Varick 2000 — The Chronicles of Riddick: Pitch Black — Riçard B. Riddik 2001 — Forsaj — Dominik Toretto 2002 — Knockaround Guys — Taylor Reese 2003 — XXX — Xander Cage 2003 — A Man Apart — Sean Vetter 2004 — The Chronicles of Riddick — Riçard B. Riddik, həmçinin prodüser 2005 — The Pacifier — Şeyn Vulf 2006 — Find Me Guilty — Djeki DiNorşio 2006 — Forsaj 3: Tokio Drifti — Dominik Toretto, Kameo 2008 — Eramızın Babili — Туроп 2009 — Forsaj 4 — Dominik Toretto 2009 — Los Bandoleros — Dominik Toretto, həmçinin prodüser, rejissor, senarist 2011 — Forsaj 5 — Dominik Toretto, həmçinin prodüser 2013 — Forsaj 6 — Dominik Toretto 2013 — Riddick — Riçard B. Riddik, həmçinin prodüser 2014 — Qalaktika mühafizəçiləri — Groot 2015 — Forsaj 7 — Dominik Toretto 2014 — The Last Witch Hunter — Kaulder 2016 — Billy Lynn's Long Halftime Walk — Shroom 2017 — XXX: Return of Xander Cage — Xander Cage 2017 — Forsaj 8 — Dominik Toretto 2017 — Qalaktika mühafizəçiləri 2 — Groot 2018 — Qisasçılar: Sonsuzluq savaşı — Groot 2018 — Ralph Breaks the Internet — Groot 2019 — Qisasçılar: Final — Groot 2020 — Bloodshot — Ray Garrison / Bloodshot 2021 — Forsaj 9 — Dominik Toretto 2022 — Tor: Məhəbbət və İldırım — Groot 2023 — Qalaktika mühafizəçiləri 3 — Groot 2023 — Forsaj 10 — Dominik Toretto

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar