Saleh Mustafa oğlu Qazıyev () — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.
Həyatı Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət-ül maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində Pedaqoji İnstitutda, 1935–1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.
S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S. Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasına (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. thumb|Saleh Qazıyev (sağda) Qəbələdə İsmayıl bəy Qutqaşınlının qəbri başınsa Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur. "Azərbaycan maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanmışdır. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.
Mənbə E. Cəfərova. Azərbaycan arxeologiyasının inkişafında Saleh Mustafa oğlu Qazıyevin rolu. Bakı: Elm, 2010. N. Hüseynov. Oğuzdur elim mənim. I kitab. Bakı: Nasir, 2008.
Həmçinin bax
İlyas Babayev
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan arxeoloqları Kateqoriya:Azərbaycanlı arxeoloqlar Kateqoriya:Azərbaycan muzeylərinin direktorları