Ekmeleddin Ehsanoğlu (, ) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi.

Həyatı 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib.

E. Ehsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır.

1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan Ehsanoğlu 1984-cü ildə professor oldu.

Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.

Yaxın dostları ona sayğı ilə "Elmel bəy" deyə müraciət edir.

Türkiyənin əsas müxalifət partiyaları — Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) 2014-cü il prezident seçkilərində Ekmələddin Ehsanoğlunun namizədliyi ilə vahid namizədlə çıxış etmək barədə razılığa gəliblər.

Ehsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E. Ehsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin ali dövlət mükafatının da sahibidir.

Ekmeleddin Ehsanoğlu evlidir və 3 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:Türkiyə prezidentliyinə namizədlər Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:İstanbul Universitetinin müəllimləri Kateqoriya:Ankara Universitetinin müəllimləri Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatı