Balaca çoban qısametrajlı cizgi filmi rejissor Əsgər Məmmədov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir.
Məzmun Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 201-202
Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.
Nəticədə, valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Dadaş Mehdi Rejissor: Əsgər Məmmədov Operator: Antonina Korotnitskaya Rəssam: Vaqif Məmmədov Bəstəkar: Vasif Adıgözəlov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1985-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri