Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi, Kulon qüvvəsi.

Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s.

Konservativ qüvvələr sonrakı xassələrə malikdir:

Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.

İstinadlar