Uzun Həsən (, tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; ) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur.C. Ibrahimov, Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, s. 78

Həyatı 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir.Биринҹи hисcə. — Həзpəт cahибгранын əҹдады вə əcл–нəcəби haггында, cəh. 46 // Əбубəkp Tehpани. Китаби–Диjaрбəkриjjə. Фарс дилиндəн тəpчүмə едəн, өн сөз вə шəphлəpин мүəллифи Pahилə Шүкүрова. Бакы: Элм, 1998, 336 cəh. ISBN 5806609359

thumb|Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti 1453–1478 Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır:Ambrozio Kontarini — "İrana səyahət", Viçentza, 1486

Ağqoyunlu dövlətinin yaradılması 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi.Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmed oğlu şahzadə Bəyazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir.1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlularla birləşdi. Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı, Ağqoyunlu dövləti onu əvəz etdi.

Trabzon məsələsi Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarırdı. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.

Uzun Həsənin Diyarbəkirdə Ağqoyunlu hökmdarı olması, İstanbulun II Mehmed tərəfindən tutulması ilə bir vaxta düşür. Bu böyük zəfərdən sonra bir sıra Avropa ölkələrinə yürüşlər təşkil edildi. Serbiya, Bosniya, Herseqovina, Albaniya, Moreya, Yunanıstan torpaqları tutuldu. Moldova, Valaxiya, Krım Osmanlı dövlətinin vassal asılılığına keçdi.Ağqoyunlu dövlətinin şərqdə ona təhlükə yaratdığını düşünən II Mehmed, bu problemi həll etmək üçün şərq sərhədlərində əməliyyatlara başladı. 1461-ci ildə II Mehmed Həmzə bəyin başçılığı ilə Trabzon imperiyasına qoşun göndərdi. Bu Osmanlı ilə Ağqoyunlular arasında narazılıqlara səbəb oldu. Belə ki, Ağqoyunlular XIV əsrdə Trabzon hakimləri ilə qohum olmuşdular. Tur Əli bəyin oğlu Kutlu bəy (1389-cu ildə ölmüşdür) imperator III Aleksinin bacısı Mariya-Dəspinəylə evlənmişdi. Uzun Həsən isə Trabzon imperatoru İoann Komnenin qızı Teodora (Dəspinə) ilə evli idi. Trabzon şəhəri ona bir liman və tranzit ticarət dayağı kimi gərəkli sayılırdı. Bütün bunlara görə Uzun Həsən Osmanlı sultanlığı ilə qarşıdurmada olan qaraman və zülqədər tayfaları ilə əlaqə yaratdı, onları təşkilatlandırıb Trabzon üçün kömək qoşunu göndərdi. Ancaq Qoyunlu Hisar döyüşü uğursuz oldu.Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. Onun qarşısına tapşırıq kimi II Mehmedi Trabzonu işğal etməsi fikrindən yayındırmaq qoyulmuşdu. Lakin uzun danışıqlar nəticəsiz qaldı. Nəticədə razılığa gəlindi ki, Ağqoyunlular Osmanlıların Trabzonu tutmasına mane olmamalı, qarşılığında isə Osmanlı qoşunları Ağqoyunlu ərazisindən çıxarılmalı və Trabzon xəzinəsinin bir hissəsi Ağqoyunlu dövlətinin haqqı kimi Uzun Həsənə verilməlidir (Uzun Həsənin həyat yoldaşı Trabzon şahzadəsi Dəspinə xatunun irsi haqqı kimi).Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmed Trabzon üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trabzonun mühasirəsi qələbə ilə nəticələnir. Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər.

Ağqoyunlu imperiyasının yaranması left|thumb|320x320px|Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin sərhədləri Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, indiki Ermənistan ərazisinin, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik ölkələrin də daxil olduğu böyük bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın mərkəzi Təbriz olur.Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır, bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir sıra islahatlar aparır ki, bunlar da öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.Ö. L. Barkan, "Osmanlı devrinde hükümdarı Uzun Ḥasan beye ait kanunlar," Tarih Vesikları 1, 1941, pp. 91–106, 184–97;Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.

Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü Qeysəriyyə bazarını, Nəsriyyə mədrəsəsi ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.

Uzun Həsənin parlaq qələbələrindən sonra Ağqoyunlu dövlətinin nüfuzu artır. Uzun Həsən və onun mahir sərkərdələri olan Məhəmməd Bağır Mirzə, Mirzə Yusif xan, Uğurlu Məhəmməd, Zeynal bəy və başqalarının adları Azərbaycanın sərhədlərindən də çox-çox uzaqlarda məşhurlaşır. Uzun Həsənin özünü Əmir Teymur və Makedoniyalı İskəndərlə müqayisə edirlər. Uzun Həsənin müasiri Fəzlullah ibn-Ruzbihan Xunci yazırdı: "Xaqan əl-afaq, sahib-qıran, muin əl-xilafə vəs-səltənə Əbu-nəsr Həsən Bahadır xan Qaraqoyunluların cahan şahlığına son qoydu. Onlar dünyanın hakimiyyət düzündə alaq otları idi. O, Cahan şahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə ölüm şərbətini daddırdı. Uzaq Otrar və Kaşğar vilayətlərindən yüz min döyüşçü ilə Qarabağ üzərinə hücuma gələn teymuri sultan Əbu Səidin yasəmən bağını qara bağa döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Fəratdan Amu-Dəryaya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarının ayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən artıq dini xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı…"

İslahatçılıq fəaliyyəti Uzun Həsən Quranı türk dilinə tərcümə etdirmişdir.İlhan Erdem, Kazım Paydaş. "Ağqoyunlu dövləti tarixi. Siyasət‐təşkilat‐kültür". Ankara, 2007. Ss. 208‐209

Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətini gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi.

Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də deyilir:V. Minorsky, "A Civil and Military Review in Fārs in 881/1476," BSOAS 10, 1939, pp. 141–78

"Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı… O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə" də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan "Qanunnamə'ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi".