Yuxarı Ağbaş — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimiSümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992, s.323Əhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995, s.24 əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.12.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur.
Ermənilər 1828-1829-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar.
Coğrafiyası və iqlimi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.3 qeyd edilmişdir.
Əhalisi Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127.
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti quralandan sonra sağ qalan azərbaycanlılar kəndə dönə bilmişdir.
Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri