Kəmaləddin Behzad () və ya sadəcə Behzad () — Teymuri və Səfəvi dövrlərində yaşamış rəssam. O, Heratdan (indiki Əfqanıstan) çıxmış və İran miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Behzad həmçinin, Herat miniatür məktəbinin və bütün Şərqin ən böyük ustadlarından biri kimi tanınmışdır. O, Teymuri dövlətinin son onilliklərində, xüsusilə də Teymuri intibahı dövründə Hüseyn Bayqaranın (hakimiyyəti: 1470–1506-cı illər) sarayında fəaliyyət göstərmişdir. Behzad daha sonralar Səfəvilərin xidmətinə keçmiş və Təbrizdə padşaha məxsus atelyelərdə çalışmışdır. Mənbələrə görə, Behzad Herat Akademiyasında kitabdar vəzifəsini icra etmiş və Herat şəhərindəki Kral Kitabxanasında mühüm mövqedə olmuşdur.

Onun yaradıcılığı İran rəssamlığına məxsus klassik həndəsi quruluşları əks etdirməklə yanaşı, mövzunun ətrafında yerləşdirilən geniş boşluqların ritmik kompozisiya yaratması ilə seçilmişdir. Behzadın əsərlərində rənglərdən harmonik formada istifadə edilməsi, personajların fərdi xüsusiyyətlərlə təsvir olunması diqqətəlayiq cəhətlərdir. Onun tanınmış əsərlərindən biri 1488-ci ildə Sədi Şirazinin "Bustan" əsərinə çəkilmiş "Yusifin aldadılması" miniatürüdür.

Behzadın yaşadığı dövrdə qazandığı şöhrət və geniş tanınma, həm üslubunun, həm də konkret əsərlərinin yüksək qiymətləndirilməsinə səbəb olmuşdur. Bu populyarlıq nəticəsində bir çox sənətkar onun tərzini təqlid etməyə başlamışdır. Əsərlərin çoxsaylı nüsxələrinin mövcudluğu və onların mənşəyinin izlənilməsindəki çətinliklər səbəbindən müasir tədqiqatlarda Behzada aid edilən miniatürlərin dəqiq identifikasiya olunması xüsusi əhəmiyyət kəsb edir.

Həyatı thumb|Kəmaləddin Behzadın təsviri.

Behzadın həyatı haqqında ən etibarlı məlumatlar əsasən onun birbaşa əlaqədə olduğu saray mühitindən gəlir. Herat dövrünə dair məlumatların əsas mənbələri hökmdar Babur, tarixçi Əmir Mahmud Xandəmir və Mirzə Heydər Duqlatdır. Səfəvilər dövrünə aid məlumatlar onun şagirdi Dost Məhəmməd Heravi, həmçinin Qazi Əhməd Qumi və İsgəndər bəy Münşi kimi müəlliflərin əsərlərində öz əksini tapmışdır. Bununla yanaşı, Moğol və Osmanlı müəlliflərinin verdiyi qeydlər, həmin dövrdə Behzadın şəxsiyyəti və incəsənəti ətrafında formalaşan çoxsaylı miflər səbəbindən, adətən təhrif olunmuş xarakter daşıyır.

Teymuri dövrü Behzadın tam adı Ustad Kəmaləddin Behzaddır. Onun doğum ili dəqiq məlum deyil, lakin mənbələr bu tarixi 1455–1460-cı illər arasında göstərir. O, indiki qərbi Əfqanıstan ərazisində yerləşən Herat şəhərində anadan olmuş və ömrünün böyük bir hissəsini burada keçirmişdir. Həmin dövrdə Herat yalnız mühüm ticarət mərkəzi yox, həm də Teymuri imperiyasının mədəni və iqtisadi paytaxtı idi.

Behzadın uşaqlıq illəri barədə məlumat azdır. Qazi Əhmədin verdiyi məlumata əsasən, o, erkən yaşlarında yetim qalmış və Teymuri kral kitabxanasının direktoru, rəssam və xəttat Mirək Nəqqaşın himayəsi altında böyümüşdür. Onun adı mənbələrdə ilk dəfə 1499–1500-cü illərdə Xandəmir tərəfindən yazılmış, 1471-ci ilə qədərki hadisələri əhatə edən "Xülasət əl-əkbər" () adlı əsərdə çəkilir. Bu mənbədə Behzad himayədarları ilə əlaqədar olaraq "çox bacarıqlı bir rəssam" kimi təqdim edilmişdir.

Behzad həmçinin vəzir, şair və humanist Mir Əlişir Nəvainin də himayəsi altında olmuşdur. O, Teymuri sultanı Hüseyn Bayqaranın (hakimiyyəti: 1469–1506-cı illər) Heratda yerləşən sarayında fəaliyyət göstərmişdir. 1480-ci illərdə sultan Hüseyn Bayqaranın kitabxanasında hazırlanan bir sıra əlyazmalarda Behzadın iştirakı aydın müşahidə olunur. Bu, onun həmin dövrdə sarayda fəal işlədiyini təsdiqləyir. Şeyla Kenbi bildirmişdir ki, Behzad o dövrün dominant siyasətinə müxalif olmuş, lakin militant mövqe sərgiləməmişdir. 1486-cı ildə sultan Hüseyn Bayqaranın fərmanı ilə Behzad Heratda padşaha məxsus atelyenin rəhbəri təyin olunmuş və bu vəzifədə müəllimi Mirək Nəqqaşın yerini tutmuşdur. Onun rəhbərliyi altında akademiya öz inkişafının zirvə dövrünü yaşamışdır.

1506-cı ildə sultan Hüseyn Bayqara vəfat etmiş, elə həmin ilin sonlarında Herat şəhəri Məhəmməd Şeybani xanın rəhbərlik etdiyi Buxara xanlığının qoşunları tərəfindən ələ keçirilmişdir. Baburun "Baburnamə" əsərində Behzadın 1507–1510-cu illər arasında Məhəmməd Şeybani xanın xidmətində olduğu qeyd edilmişdir. Bu dövrə dair bir rəvayət də mövcuddur. Rəvayətə görə, Məhəmməd Şeybani xan Behzaddan öz portretini çəkməyi xahiş etmiş, lakin nəticədən narazı qaldığı üçün rəsmi özü tamamlamışdır. 1508-ci ilə aid olduğu düşünülən həmin portret günümüzədək məlumdur. Bununla belə, rəssamın bu üçillik müddət ərzindəki dəqiq fəaliyyət dairəsini müəyyənləşdirmək çətindir.

Səfəvilər dövrü thumb|right|220px|Asket ilə görüş. "Mürəqqəyi-Gülşən".

Behzadın Səfəvilər dövlətinin sarayına hansı şəraitdə daxil olduğu dəqiq məlum deyil. Bəzi tədqiqatçılar onun hələ şahzadə Təhmasibin Heratda vali olduğu dövrdə onun ustadı kimi fəaliyyət göstərdiyini ehtimal edirlər. Rəssamı Səfəvi sarayı ilə əlaqələndirən ilk sənəd şah I İsmayılın 1522-ci ilə aid fərmanıdır. Bu fərmanda Behzad padşaha məxsus atelyenin rəhbəri təyin olunurdu, lakin sənədin etibarlılığı alimlər arasında mübahisə doğurur. Belə ki, Xandəmirin "Namayi-nami" adlı məktub toplusunda xronoloji uyğunsuzluqlar aşkar edilmişdir.

Behzadın şah İsmayılla bağlılığına dair digər bir məlumat Osmanlı alimi Gelibolulu Mustafa Əlinin 1587-ci ildə yazdığı "Mənaqibi-hünərvaran" əsərindəki rəvayətdir. Müəllif burada Behzad və xəttat Şah Mahmud Nişapurinin şah İsmayılı Çaldıran döyüşünə müşayiət etdiyini, döyüşdə Osmanlı qələbəsindən qorxaraq rəssamın şah tərəfindən gizlədildiyini təsvir edir. Bu rəvayət, Osmanlı qələbəsinə dair proqnozlarla əlaqələndirildiyi üçün, tarixiliyi və etibarlılığı baxımından şübhə altına alınır.

1522-ci ildə Behzad şah I İsmayılın dəvəti ilə Təbrizdə fəaliyyətə başlamışdır. O, padşaha məxsus atelyenin rəhbəri kimi sonrakı Səfəvi miniatür sənətinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Xandəmirin məlumatın görə, şah I İsmayıl rəssamı fərmanla işə götürmüş və onu "… əsrimizin möcüzəsi, rəssamlar üçün nümunə və zərgərlər üçün örnək, ustad Kəmaləddin Behzad, fırçası ilə Manini utandırmış və qaralama qələmi ilə Ərjəng səhifələrini alçaltmışdır…" sözləri ilə vəsf etmişdir.

Səfəvi müəllifləri Dost Məhəmməd, Qazi Əhməd Qumi və İsgəndər bəy Münşi Behzadın şah I Təhmasib tərəfindən işə götürüldüyünü qeyd etmişlər. Bununla belə, onlar onun əvvəlki fəaliyyətinə dair konkret məlumat vermirlər. Qazi Əhmədin yazdığına əsasən, Behzad Təbrizə, Təhmasibin kitabxanası artıq sultan Əhmədin rəhbərliyi altında fəaliyyət göstərdiyi bir dövrdə gəlmişdir. Digər müəlliflər onun Təbrizə yalnız şah I Təhmasibin 1524-cü ildə taxta çıxmasından sonra gəldiyini bildirirlər.

Şah I İsmayıl 1524-cü ildə qəflətən vəfat etmişdir. Bu dövrdən sonra Behzadın incəsənət fəaliyyəti adətən şah I Təhmasiblə (hakimiyyəti: 1524–1576-cı illər) əlaqələndirilir. Rəssamın Səfəvi sarayındakı həyatı haqqında məlumatlar azdır, lakin o, bu dövrdə şahın himayəsində olan kitabxananın rəhbəri olmuşdur. Bu vəzifə ona saray atelyesində çalışan rəssamları, xəttatları, nəqqaşları, cildsazları və digər sənətkarları idarə etmək imkanı vermiş, eyni zamanda dövrün üslub meyllərinin formalaşmasına şərait yaratmışdır.

Qazi Əhmədin verdiyi məlumata görə, Behzad Şah Mahmud Nişapuri tərəfindən xəttatlıq edilmiş Nizaminin Xəmsə əsərinə miniatürlər çəkmişdir. Dost Məhəmməd rəssamın şah Təhmasibin xidmətində vəfat etdiyini və 1535–1536-cı illərdə Təbrizdə şeyx Kamal Xocəndinin yanında, İki Kamal türbəsində dəfn olunduğunu yazmışdır. Bununla belə, başqa mənbələr onun məzarının Heratda, "Kuhi-Muxtar" () adlanan yerdə yerləşdiyini bildirir.

Bəzi qeydlərdə onun ailəsi ilə birlikdə vəfat etdiyi də qeyd olunur. Onun qardaşıoğlu, xəttat Rüstəm Əli Təbrizdə onun sənət ənənələrini davam etdirmişdir. Nəvələri Möhəb Əli və Müzəffər Əli də Səfəvilər dövlətinin sarayında rəssam kimi fəaliyyət göstərmişlər. Behzadın yetişdirdiyi şagirdlər arasında Şeyxzadə, Qasım Əli, Ağa Mirək və digər sənətkarların adı çəkilir.

Yaradıcılığı

Əsərləri və müəlliflik Behzad İran miniatür sənətində ən tanınmış rəssam hesab olunur, lakin o, eyni zamanda öz üslubunda əlyazma təsvirləri istehsal edən bir atelyenin rəhbəri kimi də qiymətləndirilir.Roxburgh, David J., "Kamal al-Din Bihzad and Authorship in Persianate Painting," Muqarnas, Vol. XVII, 2000, pp. 119–146.<ref name="lentz">, 291, 329. Dust-Mohāmmad né Solaymān Heravi, A Treatise on Painters and Calligraphists, Lahore, 1936, p. 29 Eskandar Beg, I, p. 174 Nur-al Din Mohāmmad Jahāngir, Tuzok-e jahāngiri II, p. 116 Michael Barry, L'Art figuratif en Islam médiéval et l'énigme de Behzâd de Hérât (1465–1535), Flammarion, 2004, Khandamir, Habib al-siyar, Téhéran, IV, p. 362 Idem, Fasli az Kholāsat al-akbār, Kaboul, 1345/1966, p. 63–64 Thomas Lentz, " Changing Worlds: Bihzad and the New Painting ", Persian Masters: Five Centuries of Painting, ed., Sheila R. Canby, Bombay, 1990, p. 39–54 Basil W. Robinson, Fifteenth Century Persian Painting: Problems and Issues, New York, 1991. David J. Roxburgh, " Kamal al-Din Bihzad and Authorship in Persianate Painting ", Muqarnas, Vol. XVII, 2000, p. 119–146 Balafrej, Lamia. The Making of the Artist in Late Timurid Painting, Edinburgh University Press, 2019, Brend, Barbara, Islamic Art, London, 1991. Chapman, Sarah, "Mathematics and Meaning in the Structure and Composition of Timurid Miniature Painting", Persica, Vol. XIX, 2003, pp. 33–68. Grabar, Oleg, "Mostly Miniatures: An introduction to Persion Painting" Princeton, 2000 Gray, Basil, Persian Painting, London, 1977. Hillenbrand, Robert, Islamic Art and Architecture, London, 1999. Lentz, Thomas, and Lowry, Glenn D., Timur and the Princely Vision, Los Angeles, 1989. Lentz, Thomas, "Changing Worlds: Bihzad and the New Painting," Persian Masters: Five Centuries of Painting, ed., Sheila R. Canby, Bombay, 1990, pp. 39–54. Mehta, Suhaan. 2016. "Tradition and Tolerance." Religion & the Arts 20 (3): 336–54. doi:10.1163/15685292–02003004. Milstein, Rachel, "Sufi Elements in Late Fifteenth Century Herat Painting", Studies in Memory of Gaston Wiet, ed., M. Rosen-Ayalon, Jerusalem, 1977, pp. 357–70. Rice, David Talbot, Islamic Art, 2nd ed., London, 1975. Rice, David Talbot, Islamic Painting: a Survey, Edinburgh, 1971. Robinson, Basil W., Fifteenth Century Persian Painting: Problems and Issues, New York, 1991. Roxburgh, David J., "Kamal al-Din Bihzad and Authorship in Persianate Painting," Muqarnas, Vol. XVII, 2000, pp. 119–146. Деннике Б. Живопись Ирана. М., 1938 Кази Ахмед. Трактат о каллиграфах и художниках. М. — Л., 1947 Мастера искусств об искусстве, т. I, М., 1965 Кильчевская Э. Два портрета Кемалетдина Бехзада. в сб. "Сокровища искусства стран Азии и Африки" выпуск I, М., 1975 Пуладов У. Кемаледдин Бехзад. Душанбе. 1978. Полякова Е. А., Рахимова З. И. Миниатюра и литература востока. Ташкент. 1987. Акимушкин О. Ф., "Легенда о художнике Бехзаде и каллиграфе Махмуде Нишапури" в кн. "Средневековый Иран. Культура, история, филология" СПб. Наука. 2004 Акимушкин О. Ф., "Заметки к биографии Камал ад-Дина Бехзада" в кн. "Средневековый Иран. Культура, история, филология" СПб. Наука. 2004 O. F. Akimushkin. Arabic-script sources on Kamal al-Din Behzad. Manuscript Orientalia. Vol.7 2 June. Thesa, St. Petersburg. 2001.

Xarici keçidlər

Кази Ахмед. Трактат о каллиграфах и художниках Трактат о каллиграфах и художниках Батальный жанр в творчестве Бехзада Video from the Asia Society, US

Kateqoriya:Teymurlular dövrünün sənətkarları Kateqoriya:Səfəvilər dövrünün sənətkarları Kateqoriya:İran rəssamları Kateqoriya:XV əsr rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:Farslar Kateqoriya:İranşünaslıq Kateqoriya:İran şəxsləri