1000 il tammetrajlı sənədli televiziya filmi rejissor İsrafil Səfərov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. "1000 il", "Vətənin yüksək səması altında" və "Yaddaş" filmləri kinotrilogiyaya daxildir. Bu filmlərdə Azərbaycan tarixi (qədim dövrlər, Qafqaz Albaniyasının minillik çarlığı və 12-ci əsrdən 16-cı əsrə qədərki dövr) öz əksini tapmışdır.

Məzmun "1000 il", "Vətənin yüksək səması altında" və "Yaddaş" filmləri kinotrilogiyaya daxildir. Bu filmlərdə Azərbaycan tarixi (qədim dövrlər, Qafqaz Albaniyasının minillik çarlığı və XII əsrdən XVI əsrə qədərki dövr) öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.260.

Bu filmdə Qafqaz Albaniyasının minillik çarlığı dövrü əks etdirilir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: İsrafil Səfərov Rejissor: İsrafil Səfərov Operator: Rafiq Cavadov Rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Rafiq Babayev

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1987-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

İstinadlar

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:Rusca filmlər