Azerspace/Africasat-1A Rabitə Peyki () — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur.
Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.
Peyk Çəkisi: 6521 kq.
Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir.
"Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.
"Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir.
Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər. Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkildiyi deyilir. Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib. Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Ex-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Kreditlər müddəti on ildir. Kredit ödənildikdən sonra peykin istismarı xalis gəlir gətirməyə başlayacaq
Buraxılış və idarə etmə Azərkosmos ASC idarəsində olan peyk 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.
Əsas idarə mərkəzi Bakının Qaradağ rayonu Güzdək kəndində yerləşdirilir. İkinci idarə mərkəzi isə Naxçıvan Muxtar Respublikasındadır.
İstinadlar
Xarici keçidlər AzerSat-1 buraxılışı AzerSat-1 kapsama alanları Второй азербайджанский спутник может быть выведен на орбиту в 2014 году". Azərkosmos Azerbaijan set to launch second satellite into orbit in 2015". 2012 state budget to increase funds to launch national satellite into orbit". Azercosmos to launch Azerbaijan’s second national satellite by 2015". Азербайджан выведет в космос два спутника связи Meeting held to coordinate orbital slots for Azersat "Azerbaijan: Baku’s Satellite Deal Sends Armenian Diaspora Groups into Orbit "Azerbaijani second satellite to be financed through internal funds"
Kateqoriya:Azərkosmos Kateqoriya:Azərbaycanın kosmik proqramları Kateqoriya:İnformasiya texnologiyaları Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Süni peyklər Kateqoriya:Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) Kateqoriya:Azərbaycan peykləri Kateqoriya:2013-cü ildə Azərbaycan