Göyçay döyüşü (, ) və ya Göyçay basqını () — 27 iyun – 1 iyul 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Azərbaycan–Osmanlı koalisiya qüvvələri ilə XI Qızıl Ordu və erməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. İlkin döyüş 30 iyunda başa çatmışdır, lakin kiçik toqquşmalar 1 iyuluna qədər davam etmişdir. Sayca altı dəfə kiçik olmasına baxmayaraq, Azərbaycan–Osmanlı koalisiya qüvvələri erməni–sovet qüvvələrini Qafqaz İslam Ordusunun qərargahı olan Gəncəyə çatmamış məğlub etməyə nail olmuşdular. Azərbaycan–Osmanlı qoşunları Göyçaydan Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirə bilmişdilər. Döyüş nəticəsində bölgədə erməni–sovet hökmranlığına son qoyulmuşdur.

Zəmin Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Gəncədə Osmanlı ordusunun döyüş vəziyyətinə qayıtmasının qarşısını almaq üçün hərbi əməliyyata başlamaq qərarına gəlmişdir. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz İşləri Komitəsinin komandiri Qriqori Korqanov 4 iyun 1918-ci ildə imzaladığı əmrlə Qızıl Ordunun hərəkətə keçməsini xahiş etmişdir. O, erməni–bolşevik–rus qoşunlarına Yevlaxa qədər olan düzənliyi tutmaq və Yevlax körpüsünü ələ keçirmək göstərişini vermişdir. 6 iyunda erməni və rus–bolşevik qoşunları Bakıdan Qazı-Məhəmmədə (indiki Hacıqabul) yola düşdülər. Onlar Qazı-Məhəmmədi talan etmiş və ətraf kəndləri yerlə-yeksan etmişdilər.

Qazı-Məhəmməd stansiyasına toplaşmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin ovaxtkı paytaxtı Gəncəyə doğru yola düşmüşdür. Qızıl Orduya qarşı gürcü əsilli Levan Maqalovun rəhbərlik etdiyi gürcülərdən və azərbaycanlılardan ibarət kiçik hərbi hissə var idi. Koalisiya qüvvələri 10 iyunda Sığır stansiyasını ələ keçirmişdir. Şaumyan bu zaman öyrənmişdi ki, Osmanlı hərbi qüvvələri hələ Gəncəyə çatmayıb və burada ermənilər Azərbaycan–Osmanlı qoşunları ilə toqquşurlar. O, Bakı komissarı üçün əlverişli olan bu vəziyyətdən istifadə etmək istəyirdi. Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı çox ruhlandırmışdır. O, Vladimir Leninə göndərdiyi teleqramda yazırdı:

Döyüşdən əvvəl

Qızıl Ordu qüvvələrinin birinci qolu Bakı–Qazı-Məhəmməd dəmir yolu ilə qərbə doğru hərəkət edərək Müsüslü stansiyasına, digəri isə Qazı-Məhəmməddən keçərək Kürdəmirə çatmışdı. Bölgədəki Qızıl Ordu qüvvələri toplanaraq Gəncədən təxminən uzaqlıqda olan Kürdəmirə hücum etmişdir. Şəhərin müdafiəsinə qalxmağa çalışan azərbaycanlılardan ibarət milis qüvvələrinin müqaviməti uğursuz alınmışdır. Qızıl Ordu stansiyanı şəhərin özü ilə birlikdə nəzarətə götürmüşdür. Kürdəmirin bolşevik–daşnak qüvvələri tərəfindən işğal edilməsi Gəncədəki koalisiya qüvvələrini qəzəbləndirmişdir. Bu, Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinə ciddi maneə idi.

Qızıl Ordunun üçüncü qolu Bakının şimalından hərəkət etmişdir. Onlar Bakı–Gəncə magistral yolu ilə şimal-qərbə doğru hərəkət edərək Mərəzə və Şamaxıya daxil olmuşdular. Bolşeviklərin başçılıq etdiyi erməni birləşmələri Bico kəndinə hücum etmiş, nəticədə kənd əhalisi ilə 400 nəfər erməni əsgəri arasında döyüş olmuşdur. Döyüş azərbaycanlıların əzmkar qələbəsi ilə başa çatmışdır. Gözlənilmədən ağır məğlubiyyətə uğrayan bolşeviklər kəndə daha böyük bir işğalçı qüvvə göndərmişdilər. Bunu eşidən kənd sakinləri Ağsuya, oradan da Göyçaya köçmək məcburiyyətində qalmışdılar. Erməni–bolşevik qoşunları Biconu yerlə-yeksan etdikdən sonra Ağsu şəhərinə, oradan isə Qaraməryəm və Bığır kəndlərinə doğru irəliləmişdilər. XI Qızıl Ordunun 1-ci və 3-cü diviziyaları İsmayıllı və Qaraməryəmin şimalındakı yaşayış məntəqələrini ələ keçirmişdilər. 16 iyunda, səhər saatlarında XI Qızıl Ordunun 3-cü diviziyası bölgədəki azərbaycanlı, dağıstanlı və gürcü silahlılarının üzərinə hücuma keçmişdir. Yeddi saatdan artıq davam edən döyüşün sonunda koalisiya qüvvələri Göyçaya çəkilməyə məcbur qalmışdır. XI Qızıl Ordu bölgədəki erməni və rusların yaşadığı kəndlərdən daha çox dəstək almağa başlamışdır.

Tərəflərin müqayisəsi 250px|thumb|right|Əlahiddə Azərbaycan korpusunda xidmət edən azərbaycanlılar.

Sovet tarixçiləri Osmanlı ordusunun bolşeviklər üzərində say baxımından üstünlüyünə malik olduğunu iddia edirdilər, lakin tarixçi Mustafa Görüryılmaz qeyd etmişdir ki, əslində bunun əksi doğrudur. O "döyüşün əvvəlində Azərbaycana çatan türk hərbi qüvvələrinin sayının beş min nəfərdən az" olduğunu yazmışdır və əlavə etmişdir ki, "erməni dəstələrinin gəlməsi ilə Qızıl Ordu tərəfdən vuruşanların sayı 30 min nəfəri ötmüşdü". Döyüşdə iştirak edən Azərbaycan qüvvələrinin sayı məlum olmasa da, 5 min nəfərdən az olduğu güman edilir. 26 iyunda yaradılmış ilk hərbi qurum Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Əlahiddə Azərbaycan Korpusu (ƏAK) vuruşanların sayı 5 min nəfərdən az idi, lakin onların burada iştirak edib-etmədiyi məlum deyil. Əliağa Şıxlinskinin bu döyüşdə kiçik formada iştirakı da bu korpusda xidmət edənlərin Osmanlı ordusu ilə birlikdə döyüşmüş ola biləcəyini göstərir. Bundan başqa, Ağdaş, Ağstafa, Ağsu, Bərdə, Gəncə, Göyçay, Nuxa, Yevlax və Zaqataladan olan naməlum sayda könüllülər də Azərbaycan–Osmanlı koalisiya qüvvələrinə qoşulmuşdular. Digər mənbələrdə döyüş əməliyyatlarında Osmanlı və Azərbaycan tərəfindən ümumilikdə 6,200–6,500 nəfərin iştirak etdiyi qeyd olunur. Bunlara 255 zabit, 5,882 piyada, 57 pulemyot və 20 top daxildir.

Stepan Şaumyanın rəhbərliyi altındakı və Qızıl Ordunun tərkibindəki qüvvələr Azərbaycandan olan əsgərlərdən ibarət deyildi. Onlar əvvəllər Rusiya İmperator Ordusunda xidmət etmiş, Oktyabr inqilabından sonra bolşevik tərəfinə keçmişdilər. Döyüş zamanı vuruşan daşnak qüvvələrinin əksəriyyəti Anadoludan olsa da, onların əhəmiyyətli bir qismi Ermənistan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətindən idi. Vladimir Leninə göndərdiyi teleqrafda Şaumyan qeyd edirdi ki, "Göyçay döyüşündə bolşevik–daşnak qüvvələri böyük şücaət göstərmişdi, lakin orduya rəhbərlik edən komandirlər son dərəcə qorxaq davranmışdılar". O, həmçinin yazmışdı ki, ordunun məğlubiyyətinə Britaniya Gizli Kəşfiyyat Xidmətinin əməkdaşları tərəfindən aparılan antikommunist təbliğatının böyük təsiri olmuşdu.

Sayca min nəfərə yaxın və Qacar İranında yerləşdirilmiş kazak hərbi qüvvəsinə Lazar Biçeraxov başçılıq edirdi. Biçeraxov Ağ ordunun maraqlarını güdsə də, vəziyyəti xilas etməyə çalışan Bakı komissarları ilə danışıqlara başlamışdı. Onlar Biçeraxovun Azərbaycan–Osmanlı koalisiya qüvvələrinə qarşı mübarizədə yardım təklifini qəbul etmişdilər. Biçeraxovun başçılığı altındakı qüvvələr Ənzəli limanından Xəzər dənizi vasitəsilə Ələt qəsəbəsinə gəlmişdir. 7 iyulda onun qüvvələri Kürdəmir cəbhəsinə göndərilmiş, lakin ağır itkilər vermişdir. Biçeraxov Qriqori Korqanovun ümumi rəhbərliyi altında bolşevik–daşnak–kazak qoşunlarının komandiri təyin edilmişdir, lakin Biçeraxov Qriqori Petrovun əmrlərini tam yerinə yetirməmiş və bu, bolşeviklər, ermənilər və kazaklar arasında çaşqınlıq yaratmışdır. 30 iyulda Biçeraxov Azərbaycan–Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatların mənasız olduğunu başa düşən bolşevik və onu əhatə edən erməni birləşmələri tərəfindən döyüş meydanında tərk edilmişdir. O, öz qüvvələri ilə Dağıstana qaçmış və bununla da cəbhənin şimal hissəsini müdafiəsiz buraxmışdır. O, sonradan qardaşı Georgi Biçeraxova yazmışdır: "Mən fərarilər və qorxaqlar ordusunun komandanlığından imtina etdim". Biçeraxovun sözlərinə görə, döyüşlər zamanı onun başçılıq etdiyi dəstədə 100-dən çox əsgər həlak olmuşdur.

Birinci həmlə

Veysəlli və Qaraməryəm thumb|left|Azərbaycanda xidmət edən Osmanlı zabiti. Təxminın 1918-ci il.|279x279px

Qafqaz İslam Ordusunun qərargahı o dövrdə Yelizavetpol kimi tanınan, Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı olan Gəncə şəhərində yerləşirdi. Osmanlı hərbi liderləri ordu ilə dəmir yolu arasında heç bir fiziki maneənin olmadığı qənaətinə gəlmiş və bu vəziyyət paytaxt üçün böyük təhlükə yaratmışdır. Nuru Paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlığındakı Qızıl Ordu qoşunlarından gələcəyini proqnozlaşdırmışdı. Göyçay bölgəsində baş verən toqquşmalar Qızıl Ordu üçün dönüş nöqtəsi olmuşdu. Bu, onların Azərbaycandan çıxarılmasına və Azərbaycanın müstəqillik əldə etməsinə gətirib çıxarmışdı.

Qafqaz Ordu Qrupunun 5-ci Qafqaz piyada diviziyasının bütün əsgərləri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz piyada alayı Qarakilsə–Dilican yolunu keçərək Ağstafaya daxil olmuşdu. Onlar 15 iyunda Göyçaya çatmışdılar. Nazim bəy əsgərləri ilə Müsüslü və Kürdəmir cəbhələrinə göndərilmişdi. Topal Osmanın başçılıq etdiyi 10-cu Qafqaz piyada alayı Qaraməryəm cəbhəsinə göndərilmişdi. Bir neçə gün davam edən döyüşlərdən sonra Osmanlı qüvvələri erməni qoşunlarını darmadağın etmiş və nəticədə onlar Qalakər kəndinə geri çəkilmişdilər.

Qafqaz İslam Ordusunun Müsüslüdəki qərargah rəisi Nazım bəy Osman bəyə erməni–sovet qüvvələrinə qarşı kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirməyi tapşırmışdır. Topal Osmanın əmri ilə 28-ci tabor 17 iyunda Qaraməryəmin qərbində erməni–bolşevik birləşmələrinə qarşı hərəkətə keçmişdir. Yol boyu əməliyyatı davam etdirən 28-ci batalyon vaxtında tədbir görmədiyi üçün sovet pusqusuna düşmüşdür. Qanlı döyüşdən sonra Osmanlı qüvvələri Veysəlli kəndinə çəkilmişdir.

Vəziyyətin təhlükəli olduğunu görən Topal Osman 28-ci batalyonun hər iki tərəfini qorumaq üçün 30-cu və 28-ci batalyonları hərəkətə keçirmişdir, lakin bolşevik qüvvələri bu batalyonlara ağır relyefi olan – sıldırımlı dərələr və təpələrə malik ərazidə hücuma keçmişdilər. 29-cu batalyon hər iki tərəfdən hücuma məruz qalmışdı, lakin qanlı döyüşdən sonra Veysəlli kəndinə keçə bilmişdi.

Gündüz yayın isti havasında heç bir tərəf digərini məğlub edə bilməmişdir. Qaranlıq çökəndə toqquşmalar dayandırılmış və hər iki ilkin mövqelərinə keçmişdi. Qafqaz İslam Ordusunun regionda ilk mühüm döyüşü Qaraməryəm yaxınlığında uğursuzluqla nəticələnmişdi. Bolşeviklərin, xüsusən də 3-cü diviziyanın və onun rəhbəri Amazasp Srvantsyanın əhval-ruhiyyəsi kəskin şəkildə yüksəlmişdi. Onlar işğal olunmuş Qaraməryəmdə daha da möhkəmləndirmiş, bir sıra mühüm mövqeləri ələ keçirərək Göyçaya hücum əməliyyatına şərait yaratmışdılar.

Azərbaycan–Osmanlı koalisiya qüvvələri Qaraməryəm kəndi yaxınlığında baş verən ilk döyüşdə 200-ə yaxın əsgərini itirmişdi; yaralıların sayı 156 nəfər idi. Onlar erməni–sovet qüvvələri koalisiya ordusundan bir neçə top və sursat ələ keçirmişdilər.

Müsüslü 10-cu Qafqaz piyada alayının komandiri Topal Osmana bolşeviklərin Göyçaya hücumunun qarşısını almaq üçün Qaraməryəm yaxınlığında onların fikrini yayındırmağı əmr etmişdir. Topal Osman Gəncədən əlavə qüvvələrin cəbhəyə çatacağını gözləmirdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu qoşunları Nazım bəyin başçılığı ilə komandir Nuru Paşanın icazəsi olmadan Qızıl Ordu qüvvələrinə qarşı kəşfiyyat xarakterli hücum əməliyyatları həyata keçirməl qərarına gəlmişdilər. Onlar bu əməliyyata qarşı tərəfin gücü və mövqeləri haqqında məlumat toplamaq üçün başlamışdılar. Hücum zamanı Azərbaycan–Osmanlı ehtiyat qüvvələri belə azad edilməmişdi. Eyni zamanda Osmanlı ordusunun bu cür döyüşlərdə istifadə etdiyi "Hilal" taktikası da burada tətbiq edilməmişdir.

İkinci həmlə

thumb|right|200px|Azərbaycan Xalq Cümhuriyyətinə bağlı Milli Ordunun qoşunları. Təxminən 1918-ci il.

Bu məğlubiyyətdən sonra Nuru Paşa, azərbaycanlılardan ibarət qüvvələrin komandanı Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi Rüştü bəy Gəncədən ayrılaraq 18 iyunda Müsüslü stansiyasına gəlmişdilər. Onlar burada Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu alayın komandirləri ilə görüşərək döyüş əməliyyatlarının vəziyyətini müzakirə etmişdilər. Bundan sonra Nuru Paşa və bir neçə yüksəkrütbəli general Göyçaya keçmiş və orada 10-cu Qafqaz Piyada Batalyonunun komandiri polkovnik-leytenant Topal Osmanla görüşərək yenidən döyüş əməliyyatlarının vəziyyətini müzakirə etmişdilər.