Gizli qalada üç əclaf () — rejissor Akira Kurosavanın filmi.
Məzmun Filmin əvvəlində iki bədbəxt kəndli Tahey və Matasiti döyüş meydanından qaçırlar. Evə aparan yolu tapmağa çalışan kəndlilər general Rokurota Makabe ilə rastlaşırlar. O, taxtdan salınmış kral ailəsinin şahzadə xanımını gizli surətdə təhlükəsiz əraziyə köçürmək istəyir. Daha sonra satın alınaraq bir qul alverçisinin karvansarasının həyətində saxlanılan fermer qızı da onlara qoşulur. Çox keçmir ki, kəndlilər də onlara qoşulur. Lakin əvvəlcədən nəzərdə tutulmamış bu hal generalın işlərini çətinliyə salır. Hətta iş o yerə gəlib çatır ki, kəndlilər şahzadənin qızıllarını götürüb aradan çıxmağa çalışırlar. Beşlik ümidsiz halda çətin bir qərar qəbul edirlər. Onlar qızıl dolu yüklərlə düşmən tərəfinə keçirlər. General və şahzadənin isə yeganə məqsədi vətənin keçmiş əzəmətini bərpa etmək və itirilmiş əraziləri geri qaytarmaqdır.
Film haqqında Bu film Akira Kurosavanın genişekranlı "TohoSkop" formatında çəkdiyi ilk işidir. 2008-ci ildə Yaponiyada bu filmin "Sonuncu şahzadə" adlı rimeyki çəkilmişdir.
Mükafatlar Berlin kinofestivalı (1959) Ən yaxşı rejissor işinə görə "Gümüş ayı" mükafatı – Akira Kurosava
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Sinobu Hasimoto, Akira Kurosava, Rüdzo Kikusima, Hideo Oquni Rejissor: Akira Kurosava Operator: Kadzuo Yamasaki Bəstəkar: Masaru Sato Prodüserlər: Sanedzumi Fudzimoto, Akira Kurosava
Rollarda Toşiro Mifune — general Rokurota Makabe Misa Uehara — şahzadə Yuki Minoru Tiaki — Tahey Kamatari Fucivara — Matasini Susumu Fudzita — general Hyoe Tadokoro Takasi Simura — general İdzumi Naqakura
Xarici keçidlər Filmin treyleri sayt YouTube
Həmçinin bax
Kateqoriya:Yaponiyanın ağ-qara filmləri Kateqoriya:Akira Kurosavanın filmləri Kateqoriya:1958-ci ilin Yaponiya filmləri Kateqoriya:Yaponiyanın macəra filmləri Kateqoriya:Samuray filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:1958-ci ilin filmləri Kateqoriya:Qadın şahzadələr haqqında filmlər Kateqoriya:Toho filmləri Kateqoriya:Dram filmləri