Zimmilər (, ümumi halda , əhl əl-zimma; mənası danışıq insanları) — ərəb ordusunda könüllü xidmət edən xristianlar.
Ərəb ordusunda Ərəblər Azərbaycanda və Arranda möhkəmlənəndən sonra, öz hərbi səfərlərində yerli əhalidən, istər məvalilərdən, istər zimmilərdən döyüşçü kimi yararlanmağa başladılar, ancaq məvaliləri piyada qoşuna götürürdülər.Təbəri, III, 1934,639; Əbd əl-Əziz əd-Duri. əl-Əsr əl-abbasiy əl-əvvəl, s.7..
Bu hərbi səfərlərdə zimmilərgörkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə döyüş vahidləri kimi əməliyatda iştirak edirdilər. Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasındaBəlazuri, 200,439; Yəqubi, II, 381.. vuruşurdular və dövlətin hesabına dolanmırdılar. Onlar yalnız qənimətin bölüşdürülməsində iştirak edirdilər.
Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyan, ya da düşmənin başlıca zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarından istifadə barədə məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərindən tapmaq olar.Ziya Bünyadov, Azərbaycan 7-9-cu əsrlərdə. Bakı-1989, səh. 83. M.Kaqankatvatsi bildirir ki, 713\4-cü ildə Məsləmə ibn Əbdülmalik xəzərlərin təzyiqi altında Dərbənddən geri çəkiləndə,"bütün əmlakılə birlikdə öz qərargahını tərk etdi, hətta öz hərəmxanası da arxada buraxmışdı. Onun arxasını Aqvan patrisilərindən Aranşahik Vaçaqan müdafiə edirdi.История Агван, стр. 261\299; Gevond, səh. 28.
Ədəbiyyat «Зимми»: христиане и евреи под властью ислама
İstinadlar
Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Şəriət Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Sosial tarix Kateqoriya:İslam terminləri