Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; ) — Azərbaycan aşığı.
Həyatı Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub.
1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı.
Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır"Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.177.
Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.
3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir.
İstinadlar
Mənbə Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192). Albalıyev, Ş. Aşıq Nabatın sorağında: [folklorşünas Sədnik Paşa Pirsultanlının Aşıq Nabat "Əldə xına, gözdə yaş" adlı kitabı haqqında] //Kredo.- 2012.- 4 avqust — S.14. Uğur. Aşıq Nabat //Xalq cəbhəsi.- 2012.- 2 oktyabr — S. 14.
Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları