Brandmauer (; Brand – "yanğın", Mauer – "divar") — yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divar. Yanğının qonşuluqdakı binalara keçməsinə mane olmaq üçün nəzərdə tutulur.
Brandmauer termini başqa mənalarda da işlənə bilər: Brandmauer — açıq hava reklamının növü, binanın brandmauer divarını örtən iriformatlı reklam lövhəsi. Digər adları — brandmauer pannosu, divar lövhəsidir. Ərazinin brandmauer tikintisi — qonşu torpaq sahələrindəki tikililərin bir-birinə brandmauer divarı vasitəsilə bitişik tikilməsi. Brandmauer — həmçinin, ingiliscə fayrvol (), "şəbəkələrarası qoruyucu ekran" mənasında işlədilir.
İstinadlar