Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), AMEA-nın müxbir üzvü (1967).

Həyatı Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, 1947-ci ildə isə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirmiş­dir.

Əmək fəaliyyəti Böyükağa Əzimov 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur.

Elmi fəaliyyəti Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika üzrə fəlsəfə doktoru (1950), texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. Alim 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarəetmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir.

Ailəsi Kimya elmləri üzrə fəlsəfə doktoru, neft şirkətlərində rəhbər vəzifələrdə çalışmış Arzu Əzimovun, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimovun və fəlsəfə üzrə fəlsəfə doktoru, rejissor və ssenarist Anar Əzimovun atasıdır.

Əsərləri Elektrik modellərində neft yataqlarının işlənməsi məsələlərinin həlli, Bakı, 1975 Вопросы нефтебурового электропривода, Баку, 1962 Применение математических методов в ЭЧВМ и решению некоторых задач разработки ефтегазових месторождений, Баку, 1969.

Ölümü AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 31 avqust 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "SSRİ neftçıxarma sənayesi əlaçısı" adına layiq görülmüşdür.

Mənbə

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar