Robert Allen Rolfe () — Britaniya botaniki.O, əsasən orkidelərin tədqiqi üzrə ixtisaslaşmışdı. Bir müddət Welbeck Abbey bağlarında çalışmışdır. O, Kiu Botanika Bağlarındakı orkide herbarisinin ilk kuratoru olmuş, The Orchid Review jurnalını təsis etmiş və müxtəlif orkide növlərinin hibridləri haqqında çoxsaylı məqalələr nəşr etdirmişdir. Amarantlar fəsiləsinə aid olan Allenrolfea cinsinə onun şərəfinə ad verilmişdir, bu adı isə Carl Ernst Otto Kuntze vermişdir.

Ədəbiyyat Brummitt RK; Powell CE. (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew. ISBN 1-84246-085-4. Həmçinin bax

İstinadlar

Kateqoriya:Britaniya botanikləri