Hannibal əl-Qəddafi () — Muəmmər əl-Qəddafinin övladlarından biri.
Həyatı Hannibal Qəzzafi 1976-cı ildə anadan olub.
Hannibal Qəzzafi vaxtı ilə Liviya Milli Dəniz Nəqliyyatı Şirkətində çalışıb.
2005-ci ildə Parisdə hamilə qız dostuna zor tətbiq etməkdə və onu döyməkdə günahlandırılıb.
2008-ci ildə İsveçrənin Cenevrə şəhərində iki qulluqçusuna hücum çəkdikdən sonra həbs edilib.
Mülk girovu qarşılığında azadlığa buraxıldıqdan sonra Liviya hökuməti bu ölkədə fəaliyyət göstərən İsveçrə şirkətlərini qovub, eyni zamanda İsveçrə mallarına sanksiya tətbiq etmişdir.
2025-ci il oktyabrın 17-də Livan məhkəmələri 11 milyon dollar girov müqabilində on il həbsdə olan Hannibal Qəddafinin azadlığa buraxılmasına qərar verib.
İstinadlar
Xarici keçidlər Qəzzafilər
Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Liviya vətəndaş müharibəsi (2011) iştirakçıları