İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı.

İlkin həyatı Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi.

Suy sülaləsi ilə münasibətlər 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.

Ölümü 587-ci ildə taxtı qardaşı Baqa xaqana verərək çəkildi. Elə həmin il də öldü.

Ailəsi Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi.

Oğulları

Tulan xaqan Yami xaqan Küheçen Tigin (庫合真特勒) - 585-ci ildə Çinə səfir kimi getmişdi.Liu, Mau-tsai, Die Chinesischen Nachrichten Zur Geschichte Der Ost-Türken (T’u-küe) 2 cild, Wiesbaden, 1958-I: 67 Jutan Tigin (褥但特勒) - Tulan xaqan dövründə, 593-cü ildə Çinə səfir kimi getmişdi.Liu, Mau-tsai, Die Chinesischen Nachrichten Zur Geschichte Der Ost-Türken (T’u-küe) 2 cild, Wiesbaden, 1958-I: 56

İstinadlar

Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi