Syanbilər (Çincə: 鮮卑, pinyin: Xiānbēi, Wade-Giles: Hsien-pi), Monqolustan və Mancuriya sərhədləri civarında yaşamış köçəri tayfa.
Etnik quruluşu mövzusunda Monqol tezisi, Tunguz tezisi, Monqol və Türk boylardan yaranan bir konfederasiya olduğuna dair tezisi də var.Wolfgang-Ekkehard Scharlipp Die frühen Türken in Zentralasien, (Orta Asya'nın eski Türkleri) Darmstadt 1992, S. 10
Vu-Huan (烏桓 wū huán) konfederasiyası Hunların cənub-şərqində Sien-Pi'ler Hiung nuların şimal-şərqində qurulmuçdur. Hun birliyindən qopan bu topluluqlar keçmiş ortaqlarına hücum çəkmişdir. Syanbilərin qalxış dövrü Hunların yıxılma dövrü təsadüf eləyir. 87-ci illə 93-cü illər arasında Hunların iki Şanyuyunu (hökmdarlarını) öldürülmüşdülər.
Syanbilərin ən adlı-sanlı hökmdarı II yüzilliyin ortalarından 181-ci ilə qədər taxtda qalmış Tan Şıhuay (檀石槐 tan shíhuái, 136 – 181) olmuşdur. Tan Şıhuay Şimal Hunları məğlub etməyi bacarmış və torpaqlarını İli çayına qədər genişlətmişdir. Bir çox dəfə (158-ci ildə Cənub Hunları ilə birlikdə) Çin səddini aşmışdır. Oğulları və qardaşı oğlanları onun yerini tuta bilməmiş və beləcə Sien Pi konfederasiyası 233-cü ildə dağılmışdır.
Syanbilərin bir bölümü Liaotung (遼東)dan Henana doğru hərəkət etmiş və orada Xan Tsun (Murong Jun (慕容皝 mùróng huàng, ? – 360) başçılığı altında 352-ci ildə güney Hunları məğlub etmişdir. Orada qurduqları Yan sülaləsi (Çian Yan və Hou Yan) çox ayaqda dura bilməmiş və 370 ilində eyni özləri kimi qısa ömürlü Çian Çin (前秦) sülaləsini quran tibetli Di tayfasından Fu Jian (苻健)a məğlub olmuşdur. Ancaq 16 il sonra 386-cı ildə bu bölgədə Tabğaclar (Tuoba) Tuoba Gui (拓跋珪) Şimal Vey sülaləsini qurmuşdur. Tabğaclar da Syanbilərin zamanında bir Syanbi boyu idi.
Syanbilərin başlıca qolları Cənub Syanbi: Duan (段), Murong (慕容), Yuwen (宇文)
Qərb Syanbi: Tuoba (拓跋) => Hanlaşma siyaseti => Yuan (元)
Şimal Syanbi: Muron Tuyuhun (慕容吐谷渾) 'Hunlar' çağında 'Syanbi' tayfalarının başçısı, "Tanşihuai, 10 ayda doğulmuşdur".
Syanbi Sülaləsi Syanbi Sülaləsi Dövləti Qurucusu TarixiDai 代 Tuoba Yilu 拓跋猗盧 315 – 376Çian Yan 前燕Murong Huang 慕容皝 337 – 370Hou Yan 後燕Murong Chui 慕容垂 384 – 409Qərbi Çin 西秦 Çifu Guoren 乞伏國仁 385 – 431 Cənubi Liang 南涼Tufa Wugu 禿髮烏孤 397 – 414Cənubi Yan 南燕 Murong De 慕容徳 400 – 410Şimali Vey 北魏 Tuoba Gui 拓跋珪 386 – 534Şərqi Vey 東魏 Yuan Shanjian 元善見 534 – 550Qərbi Vey 西魏 Yuan Baoju 元宝炬 535 – 556Kuzey Çi 北齊 Yuwen Jue 宇文覚 550 – 577Kuzey Çov 北周 Gao Yang 高洋 557 – 581Sui 隋 Yan Çian 楊堅 581 – 618
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Çin tarixi Kateqoriya:III əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Monqol dövlətləri Kateqoriya:Aqqlütinativ dillər Kateqoriya:Atlı xalqlar