Vüqar Qasım oğlu Həşimov () — Azərbaycan şahmatçısı, qrosmeyster (2002).

Həyatı Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub, əslən Goranboy rayonunun Xan Qərvənd kəndindəndir. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün II Fəxri Xiyabanda dəfn edilmişdir.Vüqar Həşimov III Fəxri Xiyabanda dəfn ediləcək. — qaynar.info

Şəxsi həyatı Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi.

Fəaliyyəti Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. Dəfələrlə 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur."Reggio Emilio – Gashimov takes top honors on tiebreak" . ChessBase.com. 07–01-2011.

2009-cu ildə məhz qrosmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu etmişdir. 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilən Dünya İntellektual oyunlarının Rapid növündə gümüş medal, gözübağlı sürətli şahmat növündə isə bürünc medala sahib çıxmışdır. 2008-ci ildə Bakıda keçirilən Planetin I Qran Piri mərhələsində qızıl medala sahib olmuşdur.

27 dəfə Azərbaycan bayrağını dünya və avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırmışdır.

Yarışlar Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Maysiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb. Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionat titulunu qoruya bilməyərək yarışı gümüş medalla başa vurublar. Avropa Çempionatından təxminən bir ay sonra, dekabr ayında Vüqar Çinin paytaxtı Pekində keçirilən "SportAccord" Dünya İntellektual Oyunlarında iştirak edib. Bu oyunlarda rapid növündə gümüş medal qazanan Vüqar gözübağlı sürətli növdə bürünc medala sahib çıxıb. Yarışın rəsmi saytı bütün iştirakçıların oxşarlarını açıqladıqları siyahıda Vüqar Həşimovun xasiyyətinə görə Ceki Çana oxşadığını qeyd edib.

Xronologiya 1996/1998/1999/2000/2001/2009/2011-ci il – Slovakiya, Avstriya, Yunanıstan, Bakı, Serbiya–Avropa çempionu və vitse çempion 1996/2000/2002-ci il – Ukrayna, Aluşta, İspaniya, Minorka dünya çempionatının vitse çempionu 1996/1998/2005/2007/2011-ci il – Rumıniya, İspaniya, Afina, Əbu-Dabi, Monako beynəlxalq turnirlərinin qalibi 1997-ci il – İstanbul "Zafer Haftesi" open turnirin qalibi 1999-cu il – Rusiya, Moskva "Kasparov Kubokunun" qalibi 1999-cu il – Beynəlxalq Usta 2000-ci il – Ukrayna şahmat olimpiadasının qalibi 2002-ci il – "Trip Lite və Best Comp Qrup" kubokunun qalibi 2002-ci il – Qrosmeyster 2004-cü il – Heydər Əliyevin xatirəsinə həsr edilmiş Sürətli şahmat turnirinin qalibi 2005/2007/2008-ci il – Türkiyə, İstanbul şahmat festivalının qalibi 2006/2007/2008-ci il – Fransa Kapella la Qrand open turnirinin qalibi 2007-ci il – İspaniya, Barselona, Sanxenxo beynəlxalq turnirin qalibi 2007-ci il – Yunanıstan, Krit adası Avropa komanda birinciliyi vitse çempion 2007-ci il – Norveç, Tronso beynəlxalq turnir vitse çempion 2007-ci il – Kuba, Havana kapablanka memorialının qalibi 2007/2008/2010/2011 – İtaliya, Redjio Emiliya – beynəlxalq turnirin qalibi 2008/2009-cu il – Rusiya Poykovskiy, Gibraltar Cəbəllütariq beynəlxalq turnirin qalibi 2008-ci il – Almaniya, Drezden şahmat olimpiadasanın vitse çempionu 2009-cu il – Heydər Əliyevin 85 illiyinə həsr olunmuş FİDE-nin I Qrand-Prix Bakı turnirinin qalibi 2009-cu il – İspaniya, Orenje sürətli şahmat üzrə avropa çempionu 2009-cu il – Heydər Əliyevin xatirəsinə Prezident kuboku. Azərbaycan-FİDE dünya matçı 2009-cu il – Azərbaycanın ən güclü idmançısı 2009/2010/2011-ci il – İspaniya, Xorvatiya, Moldaviya, Almaniya, çempionu 2009/2011-ci il – Almaniya, Maynz , Pekin, Çin rapid üzrə vitse çempionu 2011-ci il – Dünya intellektual oyunlarının vitse çempionu

Xatirəsi 2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilmişdir. Turnirdə Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak etmişdir.

Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.

2016-cı ildə Bakıda Qrosmeyster Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlamışdır.

İstinadlar

Xarici keçidlər

Vüqar Həşimov 365Chess.com veb-saytında http://interviews.chessdom.com/vugar-gashimov 65px|link=YouTube Son gediş — Vüqar Həşimov

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar