Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir.

İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.

Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.

Hayfadakı Uri Michaeli Beynəlxalq Hava Limanı Təl-Əvivə və Eylata gündəlik sərnişin reysləri və Afina, Larnaka və Antalyaya müntəzəm uçuşlar həyata keçirir.

Etimologiyası Versiyalardan birinə görə, şəhərin adı ivrit dilində ‏חוף יפה‏‎ "xof yafe" — "gözəl sahildir" deməkdir. Səlibçilər şəhərin adını İsa Məsihin çarmıxa çəkildiyi dövrdə yaşamış baş kahin Kayafanın adıyla bağlayırdılar. Daha bir versiyaya görə, bu ad aramey dilində "xaffa"-"sahil" sözündən yaranıb (aramey dili daha əvvəl bu regionda geniş yayılmışdı).

Tarixi Hayfanın hələ Roma imperiyası dövründə əsası qoyulmuşdur. Talmud dövründə (III–V əsrlərdə) Hayfanın yerində çiçəklənən yəhudi qəsəbəsi mövcud idi. Səlibçilər dövründə (XI əsr) bura o vaxtlar üçün kifayət qədər böyük yaşayış məntəqəsi və əhəmiyyətli Aralıq dənizi limanı idi. Karmel dağında karmelçilərin ordeni yerləşirdi. 1880-ci illərin sonundan Hayfa böyük liman şəhəri və Fələstinin əsas dəniz qapıları olur. 1930-cu illərdə Hayfa qeyri-leqal immiqrasiyanın mərkəzi idi. Qeyri-leqal repatriant-yəhudilərin əksəriyyəti, həmçinin nasist Almaniyasından qaçqınlar Fələstinə Hayfa portu vasitəsilə çatırdılar. 1944-cü ilə yəhudilər həmin vaxt 128 min nəfər əhalisi olan Hayfanın əhalisinin əksəriyyətini təşkil edirdilər.

Qardaşlaşmış şəhərlər thumb|right|200 px|Hayfa bələdiyyəsi qarşısında qardaşlaşmış şəhərlərin adları həkk olunmuş daş piltə

Tarixlərin əsas mənbəyi — Hayfa bələdiyyəsinin rəsmi saytı. Odessa, Ukrayna — 13 sentyabr 1992-ci ildən. Boston, Massaçusets, ABŞ — 10 noyabr 1999-cu ildən. San-Fransisko, Kaliforniya, ABŞ — 1984-cü ildənSan-Fransisko Ensiklopediyası . Fort Lauderdeyl, Florida, ABŞ — 2002-ci ilin martından. Portsmut, Böyük Britaniya — 1962-ci ildən. Nyukasl, Böyük Britaniya — 30 iyun 1980-ci ildən. Xakni, London, Böyük Britaniya — 9 sentyabr 1968-ci ildən. Turin, İtaliya — 6 mart 1997-ci ildənTurin Hayfa bələdiyyəsinin saytında qardaşlaşmış şəhər kimi qeyd edilməyib. Buradakı informasiyanın mənbəyi: http://www.comune.torino.it/relint/inglese/coordinamento/report05.pdf .. Olborq, Danimarka — 25 dekabr 1972-ci ildən25 dekabrda alyansın layihəsi təsdiqlənib; şəhərlərin qardaşlaşması haqqında müqavilə 1973-cü ilin yanvarında imzalanıb.. Antverpen, Belçika — 7 may 1986-cı ildən. Bremen, Almaniya — 1978-ci ildən. Düsseldorf, Almaniya — 1988-ci ildən. Mayns, Almaniya — 30 mart 1987-ci ildən. Erfurt, Almaniya — 6 fevral 2000-ci ildən. Marsel, Fransa — 1962-ci ildən. Limasol, Kipr Respublikası — 9 sentyabr 2000-ci ildən. Şanxay, Çin — 21 iyun 1994-cü ildən. Manila, Filippin — 22 mart 1971-ci ildən. Keyptaun, CARHayfa bələdiyyəsinin saytında Keyptaunun adı çəkilir, amma müqavilənin imzalanması haqqında heç bir şey deyilmir. 2006-cı ilin avqustuna olan məlumatlara görə bu iki şəhərin qardaşlaşması proqramı çərçivəsində heç bir fəaliyyət olmamışdır.. Rosario, Argentina — 10 mart 1988-ci ildən. Sankt-Peterburq, Rusiya — 20 may 2008-ci ildənMigNews saytındakı məlumata əsasən ..

Həmçinin bax İsrail İsrail dairələri Hayfa dairəsi

İstinadlar

Xarici keçidlər Hayfa şəhərinin rəsmi veb-saytı Places To Visit in Haifa Haifa city – the complete guide to Haifa

Kateqoriya:Hayfa Kateqoriya:İsrail şəhərləri Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:Aralıq dənizinin limanları Kateqoriya:İslam tarixi Kateqoriya:Asiyanın liman şəhərləri Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri