Enn Dörsi () — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2006–2009). 2009-cu ilin sentyabrın 28-dən bəri ABŞ-nin Litvadakı səfiridir.

Həyatı Enn Dörsi 1976-cı ildə Minnesota ştatının Sent Paul şəhərində yerləşən Makalester Kollecində Fransız dili və Linqvistikası ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 1981-ci ildə isə Con Hopkins Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. Həmin ildə isə ABŞ Dövlət Departamentinə işə düzələrək Trinidad və Tobaqoda 1981–1983-cü illərdə xidmət etmişdir. Bundan sonra müxtəlif illərdə Sinqapur, Avropa Birliyi, İraqdakı diplomatik nümayəndəliklərində işləyən Enn Dörsi 2006–2009-cu illərdə ABŞ-nin Azərbaycandakı səfiri kimi də xidmət göstərir.

İstinadlar

Kateqoriya:ABŞ-nin Azərbaycandakı səfirləri Kateqoriya:ABŞ-nin Trinidad və Tobaqodakı səfirləri Kateqoriya:ABŞ-nin Sinqapurdakı səfirləri Kateqoriya:ABŞ-nin Litvadakı səfirləri Kateqoriya:ABŞ qadın diplomatları Kateqoriya:XXI əsr ABŞ qadınları